6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

İnsanı nə əvəzolunmaz edir? - Süni intelektdən üstün olan bacarıqlarımız hansılardır?

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi və iş dünyasında daha geniş tətbiq olunması bir çox əməkdaşın gələcəklə bağlı narahatlıqlarını artırıb. Bir sıra sahələrdə avtomatlaşdırmanın genişlənməsi fonunda “insanı nə əvəzolunmaz edir?” sualı daha çox müzakirə olunmağa başlayıb. Əmək bazarı üzrə mütəxəssislər hesab edirlər ki, texnologiyalar nə qədər inkişaf etsə də, bəzi insani xüsusiyyətlər və bacarıqlar yaxın gələcəkdə süni intellekt tərəfindən tam şəkildə əvəz edilə bilməyəcək. Onların fikrincə, empatiya, münasibət qurmaq bacarığı, tənqidi düşüncə, etik qərarvermə və qeyri-müəyyən şəraitdə qərar qəbul etmək kimi keyfiyyətlər insanların əsas üstünlükləri olaraq qalır.

12 İyun 2026 06:00
İnsanı nə əvəzolunmaz edir? - Süni intelektdən üstün olan bacarıqlarımız hansılardır?

BAKI,VOA Orxan Qədirzadə

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi və iş dünyasında daha geniş tətbiq olunması bir çox əməkdaşın gələcəklə bağlı narahatlıqlarını artırıb. Bir sıra sahələrdə avtomatlaşdırmanın genişlənməsi fonunda “insanı nə əvəzolunmaz edir?” sualı daha çox müzakirə olunmağa başlayıb.

Əmək bazarı üzrə mütəxəssislər hesab edirlər ki, texnologiyalar nə qədər inkişaf etsə də, bəzi insani xüsusiyyətlər və bacarıqlar yaxın gələcəkdə süni intellekt tərəfindən tam şəkildə əvəz edilə bilməyəcək. Onların fikrincə, empatiya, münasibət qurmaq bacarığı, tənqidi düşüncə, etik qərarvermə və qeyri-müəyyən şəraitdə qərar qəbul etmək kimi keyfiyyətlər insanların əsas üstünlükləri olaraq qalır.

Ekspertlər bildirib ki, süni intellektin əvəz edə bilmədiyi bacarıqlar məhz insan təbiətinə xas olan xüsusiyyətlərdir.

Münasibətlərin qurulması, münaqişələrin həlli, insanları istiqamətləndirmək, motivasiya etmək və etik mühakimə yürütmək kimi bacarıqlar müxtəlif peşələrdə dəyərini qoruyub saxlayır.

Mütəxəssislər bu xüsusiyyətləri “davamlı bacarıqlar” adlandırırlar. Bildirilir ki, iqtisadi dəyişikliklərdən, texnoloji yeniliklərdən və əmək bazarındakı transformasiyalardan asılı olmayaraq bu bacarıqlar öz əhəmiyyətini itirmir.

Empatiya və insan hisslərini anlamaq

Ekspertlərin fikrincə, bədən dilini oxumaq, insanın açıq şəkildə ifadə etmədiyi hiss və düşüncələri anlamaq, emosional vəziyyətini düzgün qiymətləndirmək hələ də insanlara məxsus üstünlüklərdən biridir.

Xüsusilə səhiyyə sahəsində insan amili əvəzsiz olaraq qalır. Tibb bacısının xəstə ilə emosional əlaqə qurması, ona qayğı göstərməsi və mənəvi dəstək verməsi yalnız texniki xidmət deyil, həm də insani münasibətin təzahürüdür.

Professor hesab edir ki, süni intellekt xəstəxanalarda sənədləşmə və digər rutin işləri üzərinə götürərək tibbi heyətin xəstələrlə daha çox vaxt keçirməsinə şərait yarada bilər.

Münasibət qurmaq və münaqişələri həll etmək

Mütəxəssislər bildirirlər ki, uzunmüddətli etimad üzərində qurulan peşəkar əlaqələr də insanın əsas üstünlüklərindən biridir.

Satış, idarəetmə və xidmət sahələrində çalışan insanlar illər ərzində müştərilər və tərəfdaşlarla formalaşdırdıqları etibarı qoruyub saxlayırlar. Bu cür münasibətlərin süni intellekt vasitəsilə eyni səviyyədə qurulması hələlik mümkün hesab edilmir.

İnsanlar arasında yaranan fikir ayrılıqlarının aradan qaldırılması, qarşılıqlı gözləntilərin idarə olunması və sağlam iş mühitinin yaradılması da rəhbərlər üçün vacib keyfiyyətlərdən biri kimi qiymətləndirilir.

Araşdırmaçılar vurğulayırlar ki, sürətlə dəyişən iş şəraitində əməkdaşlar qeyri-müəyyənliklə üzləşdikdə güclü liderlik və insani ünsiyyət onların motivasiyasının qorunmasında mühüm rol oynayır.

Tənqidi düşüncə

Süni intellekt böyük həcmdə məlumatları emal edə bilsə də, onun təqdim etdiyi nəticələr hər zaman düzgün olmur.

Mütəxəssislər hesab edirlər ki, insanın əsas üstünlüklərindən biri məlumatları yoxlamaq, nəticələri analiz etmək və səhvləri müəyyənləşdirmək qabiliyyətidir.

İnsanın öz sahəsində dərin biliyə malik olması süni intellektin təqdim etdiyi məlumatlarda səhvləri aşkar etməyə imkan verir.

Ekspertlərə görə, yalnız məlumat almaq kifayət deyil, həmin məlumatı qiymətləndirmək və doğruluğunu yoxlamaq bacarığı da vacibdir.

Vicdan və etik qərarlar

Ekspertlər hesab edirlər ki, doğru ilə yanlışı ayırmaq qabiliyyəti insan təbiətinin ayrılmaz hissəsidir.

İntuisiya və vicdan yalnız məlumatların emalı deyil, həm də emosional təcrübələr və insan hissləri ilə bağlıdır. Süni intellekt etik davranış qaydalarını öyrənə bilər, lakin həqiqi mənada vicdana malik deyil.

Mütəxəssislərin fikrincə, hərbi əməliyyatlar, işə qəbul, səhiyyə və digər həssas sahələrdə son qərarın insan tərəfindən verilməsi vacib olaraq qalır.

Qeyri-müəyyən vəziyyətlərdə qərarvermə

Ekspertlər bildirirlər ki, yaradıcılıq tələb edən, tam müəyyən olunmamış şəraitdə qəbul edilən strateji qərarlar da insanların üstünlük qazandığı sahələrdəndir.

Brend strategiyasının formalaşdırılması, innovativ ideyaların hazırlanması və mürəkkəb problemlərin həlli zamanı insanlar şəxsi təcrübələrinə, hisslərinə və kontekstə əsaslanaraq qərarlar verirlər.

Mütəxəssislərin fikrincə, süni intellekt böyük həcmdə məlumatları analiz etmək qabiliyyətinə malik olsa da, həyat təcrübəsi, sosial kontekst və emosional dəyərləndirmə kimi amilləri tam şəkildə əvəz edə bilmir.

Araşdırmaçılari hesab edirlər ki, texnologiyalar inkişaf etdikcə insan və süni intellekt arasında əməkdaşlıq daha da genişlənəcək. Lakin empatiya, etimad yaratmaq, etik mühakimə yürütmək, tənqidi düşünmək və qeyri-müəyyən şəraitdə düzgün qərar vermək kimi xüsusiyyətlər yaxın perspektivdə insanların əsas üstünlükləri olaraq qalacaq.

Məqalədə: #Süni intellekt texnologiyalarının sürətlə inkişafı #Süni intellekt texnologiyaları #avtomatlaşdırmanın genişlənməsi #insanı nə əvəzolunmaz edir? #süni intellektin əvəz edə bilmədiyi bacarıqlar #davamlı bacarıqlar #Empatiya və insan hisslərini anlamaq #Münasibət qurmaq və münaqişələri həll etmək #Tənqidi düşüncə #Vicdan və etik qərarlar #Qeyri-müəyyən vəziyyətlərdə qərarvermə

Mövzu üzrə digər xəbərlər

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

11:00
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30

Son Xəbərlər

Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.