5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

Hörmüz boğazının “açarları” bizdədir və xalqımızı müdafiə edəcəyik - Vilayəti

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ölkəsinin regional təhlükəsizlik və diplomatik hədəfləri barədə kəskin bəyanatlarla çıxış edib. Vilayəti İranın Hörmüz boğazı üzərindəki nəzarətini və müharibə itkiləri ilə bağlı tələblərini bir daha xatırladıb. Əli Əkbər Vilayəti İranın xarici siyasət kursunun təməl prinsiplərinə toxunub.

12 Aprel 2026 14:34
Baku
Hörmüz boğazının “açarları” bizdədir və xalqımızı müdafiə edəcəyik - Vilayəti

BAKI,VOA

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ölkəsinin regional təhlükəsizlik və diplomatik hədəfləri barədə kəskin bəyanatlarla çıxış edib.

VOA xəbər verir ki,Vilayəti İranın Hörmüz boğazı üzərindəki nəzarətini və müharibə itkiləri ilə bağlı tələblərini bir daha xatırladıb.

Əli Əkbər Vilayəti İranın xarici siyasət kursunun təməl prinsiplərinə toxunub.

"Bizim diplomatik tariximiz İranın qorunması əsasına söykənir və biz Hörmüz boğazının açarlarına sahibik."-deyə o qeyd edib.
Müşavir vurğulayıb ki, Tehran öz milli maraqlarını qorumaq üçün həm hərbi, həm də hüquqi müstəvidə addımlar atmaqda qərarlıdır.
"Xalqımızın hüquqlarını Hörmüz boğazına nəzarətdən başlayaraq müharibə təzminatlarının izlənilməsinə qədər hər bir sahədə müdafiə edəcəyik."-deyə o əlavə edib.

Vilayətinin bu sözləri ABŞ və İran nümayəndə heyətlərinin İslamabadda keçirilməsi planlaşdırılan görüşü ərəfəsinə təsadüf edir. Analitiklər hesab edirlər ki, "Hörmüz boğazının açarları bizdədir" ifadəsi Tehranın danışıqlar masasında öz mövqeyini gücləndirmək və beynəlxalq ticarət yollarını bir təzyiq rıçağı kimi istifadə etmək niyyətini göstərir. Eyni zamanda, "müharibə təzminatı" məsələsinin qaldırılması İranın sanksiyaların ləğvi ilə yanaşı, hərbi əməliyyatlar zamanı dəymiş ziyanın ödənilməsini də şərt kimi irəli sürəcəyindən xəbər verir.

Məqalədə: #İran #ABŞ #Tehran #Hörmüz boğazı #Əli Əkbər Vilayət

Mövzu üzrə digər xəbərlər

İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraq

İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb

14:10
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.