7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İsmayıl Bəqai: Öhdəliklərin icrası əsas məqsəddir

İran nümayəndə heyətinin İsveçrəyə səfərinin məqsədi ABŞ-nin öhdəliklərinin icrasını müzakirə etməkdir. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama verib. O bildirib ki, Tehran razılaşmanın yerinə yetirilməsi məsələsində ciddi mövqe nümayiş etdirəcək. Nümayəndə heyətinin əvvəlki səfərinin təxirə salınması rəqəmsal imza prosesi ilə əlaqələndirilib. İran tərəfi yekun razılaşmaya keçid üçün ilkin öhdəliklərin icrasını vacib sayır. Bəqayi bu istiqamətdə kifayət qədər irəliləyiş görmədiklərini deyib. İsveçrədəki görüşlərdə ABŞ-dən konkret izahatlar tələb olunacaq. Diplomatik prosesin gələcəyi həmin müzakirələrdən asılı ola bilər.

20 İyun 2026 20:17
İsmayıl Bəqai: Öhdəliklərin icrası əsas məqsəddir

BAKI,VOA,Yusif Şərifzadə

İran bildirib ki, nümayəndə heyəti ABŞ-nin son imzalanmış müvəqqəti razılaşma üzrə öhdəliklərini yerinə yetirməsini təmin etmək məqsədilə İsveçrəyə yola düşür.

VOA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai dövlət televiziyasına açıqlamasında bildirib.

Onun sözlərinə görə, səfərin əsas məqsədi qarşı tərəfin üzərinə götürdüyü öhdəliklərin icrasını izləmək və bu məsələdə aydınlıq əldə etməkdir.

İsmayıl Bəqai vurğulayıb ki, İran keçmiş təcrübəni nəzərə alaraq öhdəliklərin yerinə yetirilməsi məsələsində qəti və prinsipial mövqe tutacaq.

Sözçü qeyd edib ki, nümayəndə heyətinin dünən İsveçrəyə getməməsinin səbəbi müvəqqəti razılaşmanın iki ölkə prezidentləri tərəfindən rəqəmsal formada imzalanması olub. Bu səbəbdən həmin görüşün keçirilməsinə təcili ehtiyac qalmayıb.

Bəqainin sözlərinə görə, yekun razılaşmaya dair danışıqların başlanması üçün əvvəlcə mövcud razılaşmanın bir sıra müddəaları icra edilməlidir. O bildirib ki, hazırda bu istiqamətdə kifayət qədər irəliləyiş müşahidə olunmur.

İran rəsmisi əlavə edib ki, İsveçrədə keçiriləcək görüşlərdə ABŞ-nin öhdəlikləri necə həyata keçirəcəyinə dair konkret izahat tələb olunacaq.

Məqalədə: #ABŞ #Tehran #İsveçrə #Yaxın Şərq #Vaşinqton #diplomatiya #Abbas Əraqçi #İsmayıl Bəqai #danışıqlar #Öhdəliklər #müvəqqəti razılaşma

Mövzu üzrə digər xəbərlər

Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Filmoskop

Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?

6 Sentyabr 10:00
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Tarixdə bu gün

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?

6 Sentyabr 00:10
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.