5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İsveçrədə İran–ABŞ danışıqları başladı

İran və ABŞ nümayəndə heyətləri arasında mühüm danışıqlar İsveçrənin Bürgenştok qəsəbəsində başlayıb. Görüşlərdə vasitəçi qismində Qətər və Pakistan nümayəndələri də iştirak edirlər.

21 İyun 2026 16:19
İsveçrədə İran–ABŞ danışıqları başladı

BAKI,VOA, Orxan Qədirzadə

İran və ABŞ nümayəndə heyətləri arasında mühüm danışıqlar İsveçrənin Bürgenştok qəsəbəsində başlayıb. Görüşlərdə vasitəçi qismində Qətər və Pakistan nümayəndələri də iştirak edirlər.

Diplomatik təmaslar regionda gərginliyin azaldılması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir. Danışıqlar öncəsi həm Tehran, həm də Vaşinqton diplomatik mesajlar verib. Eyni zamanda, İsrail mətbuatında yayılan məlumatlara görə, ABŞ administrasiyası Təl-Əvivə gərginliyin azaldılması ilə bağlı çağırış edib. İran tərəfi isə Livan məsələsinin razılaşmanın ayrılmaz hissəsi olduğunu vurğulayıb.

Qətər Xarici İşlər Nazirliyi görüşlərin başlanması ilə bağlı yaydığı açıqlamada tərəflər arasında əldə olunmuş anlaşma memorandumunda əks olunan bütün məsələləri əhatə edən hərtərəfli və uzunmüddətli razılaşmanın yekunlaşdırılacağına ümid etdiyini bildirib.

İsveçrədə keçirilən danışıqların əsas gündəm mövzularından biri Livandakı vəziyyətdir. Bununla yanaşı, İranın dondurulmuş maliyyə aktivləri, neft satışı və digər iqtisadi məsələlərin də müzakirə olunacağı gözlənilir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, İsrail Livanla bağlı üzərinə götürdüyü öhdəlikləri pozmağa davam edir və bu məsələ bugünkü danışıqların əsas mövzusu olacaq.

Dağlıq ərazidə yerləşən Bürgenştokdakı xüsusi kompleksdə keçirilən görüşlər çərçivəsində İran və ABŞ nümayəndələri Pakistan və Qətərin vasitəçiliyi ilə bir araya gəlirlər.

Danışıqların formatı barədə məlumat verən İsmayıl Bəqayi bildirib ki, səhər saatlarında vasitəçilərlə ayrı-ayrı görüşlər keçiriləcək, günün ikinci yarısında isə dörd ölkənin nümayəndə heyətlərinin eyni zalda iştirak etdiyi birgə iclas təşkil olunacaq.

Bu arada İran mətbuatında yayılan məlumatlarda Hörmüz boğazının taleyi ilə bağlı diqqətçəkən iddialar səsləndirilib.

İranın "Təsnim" xəbər agentliyinə danışan və adı açıqlanmayan mənbənin sözlərinə görə, əgər İsrailin Livana qarşı hərbi əməliyyatları davam edərsə və Livanın ərazi bütövlüyü ilə bağlı təminatlar verilməzsə, Tehran digər məsələlər üzrə danışıqları davam etdirməyəcək.

Mənbə bildirib ki, əldə olunmuş memorandumun 13-cü maddəsinə əsasən, ABŞ sənədin 1-ci maddəsində nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyi halda, 5-ci maddənin icrası da qüvvəyə minməyəcək. Onun sözlərinə görə, bu vəziyyət Hörmüz boğazının yenidən açılmasının baş tutmayacağı anlamına gəlir.

Məlumata görə, memorandumda Hörmüz boğazının açılması üçün bir sıra ilkin şərtlər müəyyənləşdirilib. Həmin şərtlər arasında İranın dondurulmuş maliyyə vəsaitlərinin bir hissəsinin azad edilməsi və Qətərlə əldə edilmiş razılaşma çərçivəsində bu prosesin ilkin mərhələdə həyata keçirilməsi yer alır.

Adı açıqlanmayan İran rəsmisi əlavə edib ki, sənədin 1-ci maddəsinin icrası çərçivəsində bütün cəbhələrdə, xüsusilə də Livanda hərbi əməliyyatların dayandırılması, tətbiq olunan blokadanın tam aradan qaldırılması, həmçinin İranın neft, neft-kimya məhsulları və onların törəmələrinin satışına yönəlmiş sanksiyalardan azadolmaların verilməsi də əsas şərtlər sırasındadır.

Tərəflər arasında aparılan danışıqların nəticələri Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti, enerji bazarları və beynəlxalq ticarət marşrutlarının gələcək fəaliyyəti baxımından mühüm əhəmiyyət daşıyır.

Məqalədə: #İran ABŞ danışıqları #Hörmüz boğazı #sanksiyaların ləğvi #sanksiyaların yumşaldılması #İran ABŞ Pakistan Qətər #Livan münaqişəsi #İsrailin Livanı işğalı

Mövzu üzrə digər xəbərlər

İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraq

İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb

14:10
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43
İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens
Digər Dövlətlər

İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

3 Sentyabr 22:24

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.