7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

Hörmüz boğazında alternativ marşrutlarla təhlükəsiz keçidə təminat verilmir - İran

İran Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı yeni mövqeyini açıqlayıb. Xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, İranın razılığı və koordinasiyası olmadan müəyyən edilən alternativ marşrutlarla hərəkət edən gəmilərin təhlükəsizliyinə təminat verilmir. Onun sözlərinə görə, etibarlı keçid mexanizmi yalnız İranın iştirakı və İslamabad Anlaşma Memorandumunun müddəalarına uyğun şəkildə formalaşdırılmalıdır. Əks halda, paralel marşrutların fəaliyyəti dayandırıla bilər. İran rəsmisi vurğulayıb ki, Hörmüz boğazının gələcək idarə olunması Oman və digər sahilyanı dövlətlərlə beynəlxalq hüquq çərçivəsində razılaşdırılmalıdır. Bu açıqlama bölgədə təhlükəsizlik və dəniz nəqliyyatı ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir. Son günlər Hörmüz boğazında baş verən hadisələr beynəlxalq gəmiçiliyin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Tehran isə bölgənin idarə olunmasında sahilyanı dövlətlərin rolunun əsas olduğunu vurğulayır.

26 İyun 2026 18:22
Hörmüz boğazında alternativ marşrutlarla təhlükəsiz keçidə təminat verilmir - İran

BAKI,VOA,Yusif Şərifzadə

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Hörmüz boğazından İranın razılığı nəzərə alınmadan istifadə edilən alternativ marşrutlar üzrə hərəkət edən gəmilərin təhlükəsiz keçidinə təminat verilə bilməz.

VOA xəbər verir ki, Kazım Qəribabadi sosial şəbəkə hesabında yaydığı açıqlamada qeyd edib ki, qeyri-müəyyən razılaşmalar, paralel marşrutlar və sahilyanı dövlət kimi İranın mövqeyi nəzərə alınmadan qəbul edilən qərarlar əsasında həyata keçirilən keçidlərin təhlükəsizliyi təmin olunmayacaq.

Onun sözlərinə görə, etibarlı mexanizm yalnız İranla koordinasiya və İslamabad Anlaşma Memorandumunun beşinci bəndinin müddəalarına uyğun şəkildə qurula bilər.

Kazım Qəribabadi vurğulayıb ki, bu şərtlərə əməl edilmədiyi təqdirdə müəyyən edilmiş paralel marşrutların fəaliyyəti dayandırılacaq.

O əlavə edib ki, ABŞ və İran arasında imzalanmış 14 maddəlik İslamabad Anlaşma Memorandumuna əsasən, İran Hörmüz boğazının gələcək idarə olunması və dəniz xidmətlərinin təşkili ilə bağlı Oman Sultanlığı və Fars körfəzi sahilində yerləşən digər dövlətlərlə beynəlxalq hüququn normaları və sahilyanı dövlətlərin suveren hüquqları çərçivəsində məsləhətləşmələr aparmalıdır.

Məqalədə: #İran #Oman #Regional təhlükəsizlik #Beynəlxalq hüquq #Kazim Qəribabadi #Hörmüz boğazı #dəniz nəqliyyatı #Gəmiçilik #İslamabad Anlaşma Memorandumu

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib

5 Sentyabr 20:59
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
Oman

Oman körfəzində ticarət gəmiləri atəşə tutulub

5 Sentyabr 20:55

Son Xəbərlər

Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
6 Sentyabr 20:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.