5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İranın hücumu Küveytin mühüm neft obyektinə ciddi ziyan vurdu

Küveytin mühüm neft obyektlərindən biri İranın təkrar hücumlarına məruz qalıb. Hücum nəticəsində bir neçə nəfər yaralanıb və ciddi maddi ziyan qeydə alınıb. Yaralılara tibbi yardım göstərilib. Təhlükəsizlik məqsədilə obyekt boşaldılıb. Hücumun nəticələrinin aradan qaldırılması üçün dövlət qurumları ilə birgə tədbirlər görülür. Zərərin dəqiq həcmi və yaralıların sayı hələ açıqlanmayıb. Hadisə Körfəz bölgəsində enerji obyektlərinə qarşı hücumların artdığı bir dövrdə baş verib. Hücumların neft bazarına və enerji təhlükəsizliyinə təsir göstərə biləcəyi bildirilir.

18 İyul 2026 18:11
İranın hücumu Küveytin mühüm neft obyektinə ciddi ziyan vurdu

BAKI,VOA,Yusif Şərifzadə

Küveyt Neft Korporasiyası ölkənin neft sektoruna aid mühüm obyektlərdən birinin İranın təkrar hücumlarına məruz qaldığını açıqlayıb. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb və obyektə ciddi maddi ziyan dəyib.

VOA xəbər verir ki, Küveyt Neft Korporasiyasının bəyanatında hücumlar “qəddar” kimi qiymətləndirilib. Yaralılara tibbi yardım göstərildiyi, təhlükəsizlik məqsədilə obyektin boşaldıldığı bildirilib.

Açıqlamaya əsasən, hücumun nəticələrinin aradan qaldırılması və ərazidə təhlükəsizliyin təmin olunması üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər görülür.

Küveytin rəsmi xəbər agentliyinin yaydığı məlumata görə, hücum nəticəsində neft obyektində genişmiqyaslı maddi itkilər qeydə alınıb. Zərərin dəqiq həcmi və yaralıların sayı barədə əlavə məlumat verilməyib.

İranın Körfəz ölkələrinin enerji və infrastruktur obyektlərinə yönələn son hücumları bölgədə təhlükəsizlik narahatlığını daha da artırıb. Küveytdə neft obyekti ilə yanaşı, digər mühüm infrastruktur sahələrinin də hücumlara məruz qaldığı bildirilir.

Mütəxəssislər enerji obyektlərinə hücumların davam etməsinin neft hasilatı, ixrac marşrutları və dünya bazarındakı qiymətlər üçün əlavə risklər yarada biləcəyini bildirirlər. Son gərginlik fonunda neft qiymətlərində artım müşahidə olunub.

Məqalədə: #İran #Küveyt #Enerji təhlükəsizliyi #Raket hücumu #Körfəz ölkələri #pilotsuz uçuş aparatı #Neft obyekti #Küveyt Neft Korporasiyası

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.