7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İran təhdidlər altında heç bir saziş imzalamayacaq - SEPAH

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) media orqanı ABŞ-nin hərbi təhdidləri davam etdiyi müddətdə İranın heç bir razılaşma imzalamayacağını bəyan edib. Adı açıqlanmayan rəsmiyə istinadən yaydığı məlumata görə, Hörmüz boğazı ilə bağlı İran və Oman arasında aparılan danışıqlarda yekun razılaşmanın əldə olunmamasının əsas səbəbi ABŞ-nin müdaxiləsi və Vaşinqtonun təhdidləridir.

5 Avqust 2026 10:55
İran təhdidlər altında heç bir saziş imzalamayacaq - SEPAH

BAKI,VOA, Fərid Mikayılov

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) media orqanı ABŞ-nin hərbi təhdidləri davam etdiyi müddətdə İranın heç bir razılaşma imzalamayacağını bəyan edib.

VOA xəbər verir ki, adı açıqlanmayan rəsmiyə istinadən yaydığı məlumata görə, Hörmüz boğazı ilə bağlı İran və Oman arasında aparılan danışıqlarda yekun razılaşmanın əldə olunmamasının əsas səbəbi ABŞ-nin müdaxiləsi və Vaşinqtonun təhdidləridir.

"ABŞ-nin müdaxiləsi və İrana qarşı hərbi hücum təhdidi davam etdiyi müddətdə razılaşma gecikəcək. İran təhdidlərin kölgəsində heç bir saziş imzalamayacaq", – deyə mənbə bildirib.

Məlumata görə, İran və ABŞ arasında daha əvvəl əldə olunmuş razılaşmanın ilkin mərhələsində Vaşinqtonun İranın dondurulmuş aktivlərini azad etməsi qarşılığında Hörmüz boğazının açılması və İranın 60 gün ərzində boğazdan keçən gəmilərdən ödəniş almaması nəzərdə tutulurdu.

Lakin İran tərəfi ABŞ-ni razılaşmanın şərtlərinə əməl etməməkdə ittiham edir. Bildirilir ki, Vaşinqton dondurulmuş aktivləri azad etməyib və Hörmüz boğazından keçid üçün Omanın ərazi sularından alternativ marşrut müəyyənləşdirib.

SEPAH-a yaxın mənbənin iddiasına görə, Tehran bunu razılaşmanın pozulması kimi qiymətləndirərək boğazdan keçidlərə məhdudiyyətlər tətbiq edib və icazəsiz keçməyə çalışan bəzi gəmiləri hədəfə alıb.

Qeyd edək ki, İran və Oman Hörmüz boğazında təhlükəsiz gəmiçilik marşrutlarının müəyyənləşdirilməsi məqsədilə danışıqları bərpa edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai texniki və siyasi müzakirələrdə irəliləyiş əldə olunduğunu açıqlayıb.

Məqalədə: #ABŞ #SEPAH #İran-ABŞ münasibətləri #Hörmüz boğazı #İran-ABŞ qarşıdurması

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir

09:21
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.