11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Qazaxıstan
Qazaxıstan

Qazaxıstan öz superkompüterini istifadəyə verdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “NVIDIA H200” qrafik prosessorlarına əsaslanan və ölkənin ilk milli superkompüteri hesab edilən sistemin açılış mərasimində iştirak edib.

10 İyul 2025 13:54
Qazaxıstan öz superkompüterini istifadəyə verdi

BAKI, AzerVoice

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “NVIDIA H200” qrafik prosessorlarına əsaslanan və ölkənin ilk milli superkompüteri hesab edilən sistemin açılış mərasimində iştirak edib.

AzerVoice-un məlumatına görə, Tokayev bu məqsədlə “Alemcloud” adlı yeni yaradılmış milli superkompüter mərkəzinə baş çəkib.

Uçsuz-bucaqsız hesablama gücünə malik bu sistem, ölkənin Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinin beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində qurulub və istifadəyə verilib.

Yeni superkompüter FP8 hesablamaları ilə 2 eksaflopadək performans göstəricisinə malikdir. Bu göstərici onu yalnız Qazaxıstanda deyil, bütövlükdə Mərkəzi Asiyada ən güclü hesablama mərkəzlərindən birinə çevirir.

Prezident Tokayev çıxışında bildirib ki, bu layihə ölkənin əsas sahələrinin rəqəmsallaşdırılması baxımından mühüm addımdır və Qazaxıstanın texnoloji inkişafına ciddi töhfə verəcək.

Tokayev “Alemcloud” mərkəzində yerli mütəxəssislər tərəfindən hazırlanan bir sıra süni intellekt layihələri ilə də tanış olub. Buraya “AlemLLM” adlı böyük dil modeli, rəqəmsal kitab platforması olan “AI Kitap” və daşınmaz əmlak xidmətləri üçün hazırlanmış “Baspana Hub” layihələri daxildir.

O, ölkədə süni intellekt texnologiyalarının inkişafını və bu sahədə yerli innovativ təşəbbüslərin dəstəklənməsini vacib strategiya kimi qiymətləndirib.

Yeni superkompüterin istifadəyə verilməsi ilə Qazaxıstan elmi tədqiqatlardan tutmuş dövlət idarəçiliyinə qədər müxtəlif sahələrdə rəqəmsal transformasiya üçün daha böyük imkanlara sahib olacaq.

Məqalədə: #Qazaxıstan #Kasım-Jomart Tokayev #Süni intellekt #Nvidia #Superkomputer

Mövzu üzrə digər xəbərlər

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
Qazaxıstan

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər

7 Sentyabr 13:52
Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib
Siyasət

Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib

1 Sentyabr 16:39
Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib
Siyasət

Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib

1 Sentyabr 13:01
Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev
Qazaxıstan

Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev

28 Avqust 16:03

Son Xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.