6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Livan
Livan

Həsən Nəsrullahın müşaviri İsrailin hava zərbəsində öldürüldü

Hizbullaha yaxın media orqanları onun Aşura münasibətilə dini ziyarət üçün əvvəlcə İraqda, daha sonra isə İranda olduğu versiyasını irəli sürüb.

22 İyun 2025 09:49
Həsən Nəsrullahın müşaviri İsrailin hava zərbəsində öldürüldü

BAKI, AzerVoice

İran və Livan mediası, Hizbullahın keçmiş baş katibi Həsən Nəsrullahın uzunillik şəxsi mühafizəçisi Hüseyn Xəlilin və onun oğlunun İsrailin İranda həyata keçirdiyi hava zərbəsi nəticəsində öldürüldüyünü təsdiqləyib. AzerVoice xəəbər verir ki, Livanda Hizbullaha yaxın mənbələrin yaydığı məlumata görə, “Əbu Əli Xəlil” ləqəbi ilə tanınan Hüseyn Xəlil, oğlu Mehdi və İrana meyilli iraqlı “Seyyidüş-Şühəda Briqadası”nın komandanı Heydər Musəvi İsrailin İran-İraq sərhədinə yaxın əraziyə endirdiyi hava zərbəsi nəticəsində həlak olublar. Onların zərbə zamanı İran ərazisinə daxil olmaq üzrə olduqları bildirilir.

Ziyarət, yoxsa gizli missiya?

Xəlilin bölgədə olmasının səbəbləri rəsmi olaraq açıqlanmasa da, Hizbullaha yaxın media orqanları onun Aşura münasibətilə dini ziyarət üçün əvvəlcə İraqda, daha sonra isə İranda olduğu versiyasını irəli sürüb.

Qeyd edək ki, 1980-ci illərdən Hizbullaha qoşulan Hüseyn Xəlil, uzun illər boyunca Həsən Nəsrullahın ən yaxın adamlarından biri olub və təşkilat daxilində “Seyidin qalxanı” kimi tanınıb. O, 2023-cü ilin 27 sentyabrında Beyrutun cənub bölgəsində Nəsrullahın və onun hərbi komandirlərindən biri olan Ali Kərkinin həlak olduğu İsrail hücumundan sağ çıxmışdı.

Nəsrullahın dəfn mərasimində Xəlilin üç gün ərzində onun nəşi başında keşik çəkdiyi və dəfnə qədər onu müşayiət etdiyi də xəbərlərdə yer almışdı. 2024-cü ilin fevralında isə Həsən Nəsrullahın cənazəsinin daimi məzarlığa köçürülməsi zamanı Xəlil yenidən ön planda görünmüşdü.

Son aylar ərzində o, Nəsrullahın Beyrut hava limanı yolu üzərində yerləşən məqbərəsinin təhlükəsizliyinə cavabdeh şəxs kimi fəaliyyət göstərirdi. Onun ölümü, Hizbullahın daxilində ciddi bir təhlükəsizlik boşluğu yaradacağı ehtimal edilir.

İsrailin İrana qarşı hava əməliyyatları artıq yalnız nüvə obyektlərini deyil, İranla ittifaqda olan əsas simaları da hədəfə alır. Hüseyn Xəlilin öldürülməsi, Tehrana verilən açıq mesajdır: İsrail üçün "müqavimət oxu"nun əsas fiqurlarına belə təhlükəsizlik zəmanəti yoxdur.

Məqalədə: #Livan #Hizbullah #Həsən Nəsrullah #Livan xəbərləri #Livan ordusu #Livanın cənubu #Livan siyasəti 2025 #İsrail Livan münasibətləri #Livanda regional siyasət #Livan Baş naziri #Livan siyasi sui-qəsdləri #Həsən Nəsrullah sui-qəsdi #Hizbullah və Livan münaqişəsi #Livan vətəndaş müharibəsi #Suriya rejiminin Livandakı rolu #Hizbullah və Livan hökuməti #Hizbullah və İsrail döyüşləri #İran və Hizbullah dəstəyi #Hizbullahın hərbi arsenalı #Hizbullah və Əl-Əmal Hərəkatı #Hizbullahın silahsızlaşdırılması #Naim Qasim və Hizbullah #Həsən Nəsrullah və şiə travması

Mövzu üzrə digər xəbərlər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?

15:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Livan

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib

11:52
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.