4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Şimali Afrika Liviya
Liviya

Liviyada 10 nəfərin edamı ilə bağlı araşdırma tələb olunur

Liviyanın Dövlət Ali Şurası ölkənin şərqində 10 vətəndaşın edam edilməsindən narahatlığını bildirərək hökmlərin icrası ilə bağlı bütün hüquqi prosedurların araşdırılmasını tələb edib. Şuranın açıqlamasında bildirilib ki, edam hökmlərinin icrası yalnız məhkəmə hakimiyyətinin səlahiyyətindədir və təqsirləndirilən şəxslərin saxlanılması, məhkəmə prosesi, müdafiə hüquqları və hökmün icrasına qədərki prosedurlar tam şəkildə qanunun tələblərinə uyğun olmalıdır.

24 Avqust 2026 10:40
Liviyada 10 nəfərin edamı ilə bağlı araşdırma tələb olunur

BAKI, VOA Orxan Qədirzadə

Liviyanın Dövlət Ali Şurası ölkənin şərqində 10 vətəndaşın edam edilməsindən narahatlığını bildirərək hökmlərin icrası ilə bağlı bütün hüquqi prosedurların araşdırılmasını tələb edib.

Şuranın açıqlamasında bildirilib ki, edam hökmlərinin icrası yalnız məhkəmə hakimiyyətinin səlahiyyətindədir və təqsirləndirilən şəxslərin saxlanılması, məhkəmə prosesi, müdafiə hüquqları və hökmün icrasına qədərki prosedurlar tam şəkildə qanunun tələblərinə uyğun olmalıdır.

Bu açıqlama Şərqi Liviyanın hərbi prokurorluğunun terror və digər ağır cinayətlərdə təqsirli bilinən 10 nəfərin güllələnərək edam edildiyini açıqlamasından sonra verilib. Hökmlərin çıxarılması ilə bağlı məhkəmə prosesinin bir neçə il davam etdiyi bildirilib.

Dövlət Ali Şurası məsələ ilə bağlı edam edilən şəxslərin adlarının, iş nömrələrinin, hökmləri çıxaran məhkəmələrin və məhkəmə prosesinin bütün mərhələlərinin açıqlanmasını istəyib.

Şura həmçinin edam hökmlərinin icrasını həyata keçirən qurumun hüquqi səlahiyyətlərinin yoxlanılmasını və analoji işlər üzrə saxlanılan şəxslərin təhlükəsizliyinin təmin edilməsini tələb edib.

Qurum digər edam hökmlərinin isə bütün hüquqi və məhkəmə prosedurlarının tam yoxlanılmasına qədər dayandırılmasına çağırıb. Bildirilib ki, məqsəd təqsirləndirilən şəxsləri müdafiə etmək deyil, dövlətin cəzalandırma səlahiyyətinin və ədalətli məhkəmə hüququnun qorunmasını təmin etməkdir.

Məqalədə: #Liviyada edam hökmü #Liviyanın şərqi #Liviyada 10 nəfərin edamı #Dövlət Ali Şurası #Liviyada məhkəmə sistemi #edam hökmləri #ədalətli məhkəmə hüququ #məhkəmə təminatları #müdafiə hüququ #Liviya hərbi prokurorluğu #terror cinayətləri #saxlanılan şəxslərin hüquqları

Mövzu üzrə digər xəbərlər

Liviyada 10 nəfərin edamı ilə bağlı araşdırma tələb olunur
Liviya

Liviyada 10 nəfərin edamı ilə bağlı araşdırma tələb olunur

24 Avqust 10:40
Liviya vətəndaşları Türkiyədə əmlak alışını artıb (ÖZƏL)
Liviya

Liviya vətəndaşları Türkiyədə əmlak alışını artıb (ÖZƏL)

19 Avqust 15:00
Liviyada elektrik stansiyalarında partlayışlar: Ölkənin qərbi qaranlığa qərq oldu
Liviya

Liviyada elektrik stansiyalarında partlayışlar: Ölkənin qərbi qaranlığa qərq oldu

16 Avqust 11:22
Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)
Liviya

Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)

16 Avqust 09:30

Son Xəbərlər

Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
14:20
Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
14:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.