5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İsrail mühakimə olunacaq - Beynəlxalq Ədalət Məhkəməsi

26 Yanvar 2024 16:37
İsrail mühakimə olunacaq - Beynəlxalq Ədalət Məhkəməsi

Bakı. AzerVoice:

Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb.

AzerVoice xəbər verir ki, məhkəmə İsrailin rədd tələbini qəbul etməyib.

"İsrail soyqırımı inkar edir, soyqırım ittihamlarını rədd edir və onların hüquqi əsasının olmadığını bildirir. Məhkəmə İsrailin rədd tələbini qəbul etmir. Cənubi Afrikanın irəli sürdüyü iddiaların əsaslı olub-olmaması qiymətləndiriləcək. Konvensiyaya əsasən, soyqırımında iştirak etmək və onu təşviq etmək də soyqırımı cinayəti sayılır. Fələstinlilərə gəlincə, onlar soyqırım konvensiyasının 2-ci maddəsinə uyğun olaraq qorunmalı olan bir qrupdur. İsrailin hücumları çoxlu sayda insanın ölümünə, mülki infrastrukturun dağılmasına və insanların didərgin düşməsinə səbəb olub. Qəzza əhalisinin 93 faizi böhran səviyyəsində aclıqla üzləşib. Qəzzada uşaqlar ciddi travmalarla üzləşirlər, 1,4 milyon insan sığınacaqlarda yaşayır və xəstəliklər yayılır", - deyə məhkəmənin sədri hakim Joan Donoghue bildirib.

Hakim onu da qeyd edib ki, İsrail Beynəlxalq Ədalət Məhkəməsinə bir ay ərzində hesabat təqdim etməlidir.

"İsrail dərhal lazımi tədbirləri görməli və humanitar və əsas xidmətlərin insanlara çatmasını təmin etməlidir. Qəzzada münaqişənin bütün tərəfləri beynəlxalq humanitar hüquq çərçivəsində məsuliyyət daşıyırlar. Oktyabrın 7-də Həmas tərəfindən girov götürülənlər dərhal azad edilməlidir", - deyə o əlavə edib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 26 min 83 nəfərə çatıb.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

İsrail mühakimə olunacaq - Beynəlxalq Ədalət Məhkəməsi
Məqalədə: #Qəzza #İsrail #Beynəlxalq Ədalət Məhkəməsi

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.