6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Ukrayna Türkiyədən KAAN döyüş təyyarəsi alacaq – səfir

16 Fevral 2024 09:00
Ukrayna Türkiyədən KAAN döyüş təyyarəsi alacaq – səfir

Bakı,AzerVoice

Ukrayna Türkiyədən KAAN döyüş təyyarəsi alacaq Türkiyə istehsalı olan KAAN döyüş təyyarəsi olacaq. AzerVoice xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bondar deyil.

O qeyd edib ki, KAAN-ın alınması iki ölkə arasında olan hərbi əməkdaşlığın hansı səviyyədə olduğunu göstərir. Səfirin sözlərinə görə , bununla yanaşı Ukrayna Türkiyə istehsalı olan bəzi zirehli texniklar üçün Ankaraya motor verir.

 “Türkiyədən çoxlu sayda Bayraktar TB2 və digər avadanlıqlar alırdıq və Bayraktar TB2 Ukrayna müharibəsinin qəhrəmanı oldu”-deyə o bildirib.
Səfir onu da qeyd edib ki, ölkəsində Bayraktar üçün mahnılar yazılır. “Bayraktar adlı radio stansiyaları, radio xəbərləri, televiziya xəbərləri və hətta bəzi uşaqlara Bayraktarın adı verilmişdir. Mən inanıram ki, Haluk və Səlcuq da Ukraynanın qəhrəmanlarıdır” –deyə o qeyd edib.

Qeyd edək ki, Türkiyə müdafiə sənayesinin ən böyük və strateji layihələrindən biri olan Milli Döyüş Təyyarəsi KAAN-nın, 2070-ci illərə qədər Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının inventarında olması nəzərdə tutulur.

Beşinci nəsil çoxməqsədli döyüş təyyarəsi olan KAAN həm hava, həm də yer döyüşünün tələbləri üçün üstün imkanlar təqdim edir. Türk Aerokosmik Sənayesinin güclü və çevik platforması olan KAAN, ağıllı və güclü döyüş qabiliyyəti ilə əsl döyüşçüdür.

Beşinci nəsil döyüş təyyarələrinin malik olması lazım olan imkanlar və avadanlıqlar nəzərə alınmaqla, pilotun iş yükünü minimuma endirmək üçün KAAN kokpit dizaynı təkmilləşdirilir. Dizayn prosesi zamanı pilotun fiziki, koqnitiv və ətraf-mühit amilləri nəzərə alınmaqla pilotun situasiya şüurunu artıracaq kokpit mühiti hazırlanır.

Milli Döyüş Təyyarəsi KAAN ilk uçuşunu martın sonuna qədər edəcək.

Qeyd edək ki,Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

2023-cü il mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Məqalədə: #KAAN

Mövzu üzrə digər xəbərlər

ABŞ pilotlarından KAAN-a yüksək qiymət: “Möhtəşəm texnologiyadır”
Türkiyə

ABŞ pilotlarından KAAN-a yüksək qiymət: “Möhtəşəm texnologiyadır”

12 Avqust 15:07
KAAN layihəsində növbəti uğur əldə olunub
Türkiyə

KAAN layihəsində növbəti uğur əldə olunub

31 İyul 15:10
TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb
Türkiyə

TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb

22 İyul 11:02
Ərdoğan xilafətin süqutundan sonra Türkiyənin gücünü necə bərpa etdi?
ArabAZ təhlil mərkəzi

Ərdoğan xilafətin süqutundan sonra Türkiyənin gücünü necə bərpa etdi?

31 May 12:00

Son Xəbərlər

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
10:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.