15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyə mətbuatı Prezident İlham Əliyevin rəsmi səfərini diqqət mərkəzində saxlamaqda davam edir

20 Fevral 2024 17:16
Türkiyə mətbuatı Prezident İlham Əliyevin rəsmi səfərini diqqət mərkəzində saxlamaqda davam edir

Bakı. AzerVoice:

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri və ölkələrimiz arasında əməkdaşlığın perspektivlərini Prezident Rəcəb Tayyib Ərdoğan ilə müzakirə etməsi iki qardaş dövlətin beynəlxalq aləmdə baş verən proseslərə vahid mövqedən yanaşdığını bir daha göstərir.

AzerVoice xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin səfərini işıqlandıran Türkiyə mətbuatında yer alıb. Türkiyənin “Sözçü”, “Hürriyet”, “Sabah”, “Aydınlık”, “Posta”, “Türkiye” qəzetlərində və digər nəşrlərdə yayımlanan xəbərlərdə dövlətimizin başçısının səfərinin iki qardaş ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat-tranzit və enerji sahələrindəki qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhfə verəcəyi bildirilib.

“Hürriyet” qəzetinin müxbiri Selçuk Böke yazıb ki, hazırda Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 7,5 milyard dollardır. Tərəflər qarşıya bu rəqəmi 15 milyard dollara çatdırmağı məqsəd qoyublar. Ticarət dövriyyəsinin artması hər iki ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına və iqtisadiyyatın böyüməsinə təsir göstərir.

“Yeniçağ” qəzetində yayımlanan xəbərdə qeyd edilib ki, Türkiyədən Naxçıvana təbii qazın nəqli üçün boru xətti və dəmir yolunun çəkilməsi məsələsinə baxılıb. Nəqliyyat və tranzit sahəsində əməkdaşlıq hər iki ölkəyə Asiya ilə Avropa arasında nəqliyyat dəhlizi olmaq imkanı verir. Nəqliyyat dəhlizi imkanı dövlətlərə tranzit gəlirlərlə yanaşı, həm də siyasi dividend də qazandırır.

Qəzetdə ölkələrimizin enerji sahəsində də fəal əməkdaşlıq həyata keçirdiyi xüsusi vurğulanıb. Diqqətə çatdırılıb ki, Türkiyə ilə Azərbaycanın enerji sahəsində əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Hazırda Azərbaycan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edir. Bu həcmin gələcəkdə artırılması nəzərdə tutulub.

“Sabah” qəzeti vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının dövlət başçıları səviyyəsində növbəti toplantısının işğaldan azad olunan Şuşa şəhərində bu ilin iyununda keçirilməsi türk dövlətlərinin Azərbaycana verdiyi siyasi dəstəyi göstərir.

“Posta” qəzetində yer alan xəbərdə bildirilib ki, Türkiyə regionda davamlı sülhün təmin olunmasına çalışan Azərbaycana hər zaman dəstək verəcək. Türkiyə həm diplomatik, həm də hərbi sahədə Azərbaycanı dəstəkləyir.

“Türkiyə” qəzeti vurğulayib ki, Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti iki ölkə arasında ticarət dövriyyəsinin həcmini artırmaqla yanaşı, beynəlxalq yükdaşımaların da həyata keçirilməsində əhəmiyyətli rol oynayacaq.

Ümumiyyətlə, Azərbaycan Prezidentinin Türkiyəyə rəsmi səfəri qardaş ölkə mətbuatının gündəmində əsas xəbər olub. Yayımlanan xəbərlərdə Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi uğurlardan bəhs edilib.

Türkiyə mətbuatı Prezident İlham Əliyevin rəsmi səfərini diqqət mərkəzində saxlamaqda davam edir Türkiyə mətbuatı Prezident İlham Əliyevin rəsmi səfərini diqqət mərkəzində saxlamaqda davam edir Türkiyə mətbuatı Prezident İlham Əliyevin rəsmi səfərini diqqət mərkəzində saxlamaqda davam edir Türkiyə mətbuatı Prezident İlham Əliyevin rəsmi səfərini diqqət mərkəzində saxlamaqda davam edir Türkiyə mətbuatı Prezident İlham Əliyevin rəsmi səfərini diqqət mərkəzində saxlamaqda davam edir Türkiyə mətbuatı Prezident İlham Əliyevin rəsmi səfərini diqqət mərkəzində saxlamaqda davam edir Türkiyə mətbuatı Prezident İlham Əliyevin rəsmi səfərini diqqət mərkəzində saxlamaqda davam edir Türkiyə mətbuatı Prezident İlham Əliyevin rəsmi səfərini diqqət mərkəzində saxlamaqda davam edir
Məqalədə: #Türkiyə #Azərbaycan

Mövzu üzrə digər xəbərlər

Türkiyənin yeni hava qalxanı sınaqdan keçdi: "Pars Scout 8x8" üzərində "Burç" sistemi
Türkiyə

Türkiyənin yeni hava qalxanı sınaqdan keçdi: "Pars Scout 8x8" üzərində "Burç" sistemi

10:50
Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür
Siyasət

Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür

09:02
Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

14 Sentyabr 09:00
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

14 Sentyabr 07:26

Son Xəbərlər

Livanlı məhbuslar amnistiya qərarına etiraz edir
Livanlı məhbuslar amnistiya qərarına etiraz edir
12:31
Səudiyyə Ərəbistanı süni intellekt üçün mədəni etik qaydalar müəyyənləşdirib
Səudiyyə Ərəbistanı süni intellekt üçün mədəni etik qaydalar müəyyənləşdirib
12:14
Xariciliyin dövrümüzə çatan mötədil qolu - İbadilik nədir?
Xariciliyin dövrümüzə çatan mötədil qolu - İbadilik nədir?
12:00
Səudiyyə Ərəbistanı və Cibuti diplomatik pasportlar üçün vizanı ləğv edib
Səudiyyə Ərəbistanı və Cibuti diplomatik pasportlar üçün vizanı ləğv edib
11:39
"Mötədil" sözü artıq bəs etmir - ABŞ İslamçı qruplardan nələri tələb edir?
"Mötədil" sözü artıq bəs etmir - ABŞ İslamçı qruplardan nələri tələb edir?
11:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.