8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Bölgədə 100-dən çox çadırın qurulmasında bir başa iştirak etmişik – Azərbaycan Könüllüsü (Özəl)

Bakı. AzerVoice: Bölgədə 100-dən çox çadırın qurulmasında bir başa iştirak etmişik. Bu barədə AzerVoice-ə, Türkiyəyə yardıma gedən Azərbaycan Könüllüsü Rəsul İsmayılzadə deyib.

24 Fevral 2024 07:05
Bölgədə 100-dən çox çadırın qurulmasında bir başa iştirak etmişik – Azərbaycan Könüllüsü (Özəl)

Bakı. AzerVoice:

Bölgədə 100-dən çox çadırın qurulmasında bir başa iştirak etmişik. Bu barədə AzerVoice-ə, Türkiyəyə yardıma gedən Azərbaycan Könüllüsü Rəsul İsmayılzadə deyib.

“Qardaş ölkə Türkiyədə baş vermiş zəlzələ hər birimizi dərindən sardı. İlk gündən etibarən Azərbaycandan yardımların hazırlanmasında iştirak etdik. Daha sonra isə 100 nəfərlik könüllü heyəti ilə Türkiyənin Kahramanmaraş vilayətinə, humanitar yardım göstərməyə getdik. Bölgələrdə yardımların paylanılması, zəlzələdən əziyyət çəkənlərə psixoloji dəstəyin göstərilməsi, qidaların, paltarların paylanmasında aktiv şəkildə iştirak etdik.” - deyə o bildirib.

Rəsul İsmayılzadə qeyd edib ki, Kahramanmaraş ilə yanaşı, Adıyaman, Hatay, Malatya bölgələrinə də səfərlər edilib.

“Çadır heyəti olaraq Hatay bölgəsində də fəaliyyət göstərmişik. Bundan əlavə olaraq Azərbaycan tərəfindən göndərilən çadırların qurulmasını bölgədəki türk gənc könüllülərə də öyrədirdik. Yaşanan hadisələr bizim üçün çox çətin bir təcrübə oldu. Lakin biz hər zaman qardaşlarımıza dəstək olmağa hazırıq.” - deyə o bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

"Bir yumruq, bir ürək, bir can" şüarını rəhbər tutaraq qardaş ölkədə zəlzələ bölgələrində bu fəaliyyəti Azərbaycan Könüllüləri həm müddət, həm də say baxımından mütəşəkkil formada ölkəmizdən kənarda humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi tarixə düşüb. Azərbaycanlı könüllülər zəlzələ bölgəsində çox çətin şəraitin olmasına, dağılmış ərazilərə yetişməyin çətinliklərinə baxmayaraq, uzun yol qət edərək, zəlzələdən zərərçəkənlərin köməyinə çatıb.

Hafiz Rufizoğlu

Məqalədə: #Azərbaycan Könüllüsü #Hafiz Rufizoğlu

Mövzu üzrə digər xəbərlər

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Qətər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?

11:08
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Siyasət

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Siyasət

Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir

10:00

Son Xəbərlər

Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.