6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İran nüvə silahını sınaqdan keçirməlidir - deputat

AzerVoice Arab.AZ-a istinadən xəbər verir ki, bunu Tehrandan olan millətvəkili Əhməd Nadiri “X” sosial media platformasındakı açıqlamasında bildirib.

8 Dekabr 2024 18:22
İran nüvə silahını sınaqdan keçirməlidir - deputat

Bakı. AzerVoice

İran nüvə silahını sınaqdan keçirməlidir.

AzerVoice Arab.AZ-a istinadən xəbər verir ki, bunu Tehrandan olan millətvəkili Əhməd Nadiri “X” sosial media platformasındakı açıqlamasında bildirib.

“İran bundan sonra iki şeyə diqqət yetirməlidir. Birincisi, İslam müqavimətini dirçəltməli, ikincisi isə atom bombasını test etməlidir.” – deyə o bildirib.

O qeyd edib ki, Bəşşar BƏƏ-yə inanmamalı idi, İran onu xəbərdar etmişdi.

Xatırladaq ki, İran nüvə proqramı hər zaman gündəmə gəldiyi zaman ölkənin ali dini lideri “ Nüvə silahının haram” olduğunu və Tehranın belə bir niyyətinin olmadığını deyir. Lakin İranın “Avropa üçlüyü” ilə Cenevrədəki görüşündən bir gün əvvəl Tehran Qərbin təzyiqlərinə cavab olaraq nüvə silahı istehsal etməyə tələsəcəyini söylədi.

İranın xarici işlər naziri Abbas Əraqçi mətbuata açıqlamasında İran və Avropa danışıqlarının Cenevrədəki görüşünün “beyin fırtınası” olduğunu bildirib. Lakin o vurğulayıb ki, “Qərbin BMT sanksiyalarının yenidən tətbiqi ilə bağlı təhdidinin davam etməsi İran daxilində müzakirələri nüvə silahına malik olmaq istiqamətində sövq edə bilər”.

Bu görüş Pezeşkianın respublika prezidenti kimi fəaliyyətə başlamasından bəri ilk görüş olacaq və onun nəticələrinə ümidlər böyük olmasa da, İran mediası Donald Trampın Ağ Evə gəlməsindən iki ay əvvəl diplomatik çevikliyin vacibliyinə diqqət yetirir.

MAQATE-nin Rəhbərlər Şurası Britaniya, Fransa və Almaniyanın təqdim etdiyi qətnamənin lehinə 19 səs çoxluğu ilə səs verib və bu qətnamədə Tehranın agentliklə kifayət qədər əməkdaşlıq etmədiyi qeyd edilib.

İranın Atom Enerjisi Təşkilatının direktoru Məhəmməd İslami Tehranda hökumət iclası sonrası deyib: “İran həmişə əməkdaşlıq etmək arzusunu ifadə edib, lakin təzyiqlər qarşısında geri çəkilmək fikrində də deyil”

İnqilab Keşikçiləri Korpusuna bağlı Tasnim agentliyinin məlumatına görə, Məhəmməd İslami onu da qeyd edib ki, “Avropa ölkələri yalan iddialarla təzyiq göstərməkdə israr edərlərsə, mənfi reaksiyalarla üzləşəcəklər”.

“İranda uranın zənginləşdirilməsi səviyyəsi, nüvə proqramına görə, 60 faizi ötmür.Bu proqram dincdir və şəffafdır və bütün fəaliyyətlər agentliyin nəzarəti altındadır”-deyə İslami vurğulayıb.

Buna cavab olaraq ABŞ Dövlət Departamenti bəyan edib ki, “İranda uranın 60 faizədək zənginləşdirilməsi dinc məqsədlər daşımır.”

Avropa İttifaqı İranın nüvə silahına malik olmasının qarşısının alınmasının əsas təhlükəsizlik prioriteti olduğunu vurğulayarkən, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-ın İranın nüvə silahı əldə etməməsini təmin etməyə sadiq olduğunu vurğulayıb.

Məqalədə: #İran

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran

İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb

5 Sentyabr 19:54

Son Xəbərlər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.