11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyə PUA bazarında dünya lideridir - Bayraktar

AzerVoice xəbər verir ki, ​Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar Süleyman Dəmirəl Universitetində keçirilən “Milli Texnologiya Hərəkatı” mövzusunda çıxış edərək, Baykar-ın inkişaf yolundan danışıb.

20 Dekabr 2024 09:45
Türkiyə PUA bazarında dünya lideridir - Bayraktar

Bakı, AzerVoice

“Dünya PUA bazarının 65 faizi Türkiyəyə məxsusdur”

AzerVoice xəbər verir ki, ​Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar Süleyman Dəmirəl Universitetində keçirilən “Milli Texnologiya Hərəkatı” mövzusunda çıxış edərək, Baykar-ın inkişaf yolundan danışıb.

Bayraktar Türkiyənin pilotsuz uçuş aparatları (PUA) sahəsində dünya lideri olduğunu vurğulayıb.

O qeyd edib ki, Bayraktar TB2 hazırda 35 ölkəyə ixrac edilir və dünyanın ən çox ixrac edilən PUA-sıdır. TB2-nin silahlanmış versiyası 2015-ci ildən istifadə olunur.

Bayraktar AKINCI-nın 10-dan çox ölkəyə ixrac edildiyini və Kızılelma döyüş təyyarəsinin 2023-cü ildə ilk uçuşunu etdiyini bildirib. “Kızılelma aviasiya döyüşlərində yeni bir dövr açdı və gələcəyin texnologiyalarını bu gündən hazırlayırıq”, - deyə o əlavə edib.

Baykar gəlirlərinin 90 faizindən çoxunu ixracatdan əldə edir və dünyanın ən böyük İHA istehsalçısıdır. Bayraktar həmçinin bildirib ki, müdafiə sənayesində lokallaşma ihanisbəti 80 faizi keçib.

Şirkət “Fərqani” adlı kosmos təşəbbüsü çərçivəsində ilk peykini gələn ay kosmosa buraxacaq. Bundan əlavə, Baykar müstəqil kosmos gəmiləri və raketlər üzərində işləyir.

Bayraktar, T3 AI layihəsi çərçivəsində türk dilində danışa bilən və milli dəyərləri əsas alan böyük bir dil modeli üzərində işlədiklərini qeyd edib.

TEKNOFEST-in uğurlarına toxunan Bayraktar, bu texnologiya festivalının milyonlarla insanı bir araya gətirdiyini və gələcək nəsilləri yüksək texnologiya sahəsinə təşviq etdiyini vurğulayıb. Sonuncu festivalda 1 milyon 650 min tələbə iştirak üçün müraciət edib.

Çıxışının sonunda Səlcuq Bayraktar Süleyman Dəmirəl Universiteti tərəfindən fəxri doktor adına layiq görülüb.

Məqalədə: #Türkiyə #Selçuk Bayraktar #Baykar #TB2

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
ArabAZ analitika: Geosiyasi təhlillər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi

09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

08:00
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir

07:43

Son Xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
09:53
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.