8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Qubada Gənclər Günü münasibətilə görüş keçirilib

Quba İş Adamlarına Dəstək- QİAD platformasının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Azərbaycan gəncləri: birlikdə daha güclü” adlı tədbir keçirilib.

2 Fevral 2025 21:52
Qubada Gənclər Günü münasibətilə görüş keçirilib

Bakı. AzerVoice

Quba İş Adamlarına Dəstək- QİAD platformasının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Azərbaycan gəncləri: birlikdə daha güclü” adlı tədbir keçirilib.

AzerVoice xəbər verir ki, görüşdə QİAD İdarə Heyətinin sədri Cabbar Heybətov və İdarə heyətinin üzvləri, ADPU-nun Quba filialının direktoru, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, dosent Yusif Alıyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB-nin Quba bölməsinin sədri, Azərbaycanın görkəmli şairi Ramiz Qusarçaylı, şəhid ailələrinin üzvləri, qazilər, GİKM-in Quba-Xaçmaz Regional nümayəndəliyinin koordinatoru Eyvaz Xeyrullayev və filialın aktiv, ictimai fəal tələbələri iştirak ediblər.

Görüşü QİAD İdarə Heyətinin sədri Cabbar Heybətov giriş nitqi ilə açıb, tələbələri 2 Fevral – Gənclər Günü münasibətilə təbrik edərək qeyd edib ki, gənclər cəmiyyətimizin ən dinamik və yenilikçi qüvvəsi kimi ölkəmizin inkişafında əhəmiyyətli rol oynayır. Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərman ilə bu gün əlamətdar günə çevrilmişdir və hər il fevral ayının 2-i Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir.

ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev çıxış edərək bildirib ki, gənclərin elmi, sosial və iqtisadi inkişafı onların bir millət olaraq öz sözlərini demək imkanını genişləndirir. Dosent Yusif Alıyev həmçinin bildirib ki, gənclər siyasətində milli və dövlətçilik düşüncələrinin üstün olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan cənab İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclərimiz yerinə yetirdilər. Direktor daha sonra ADPU-nun Quba filialında gənclərin ixtisaslı kadrlar kimi hazırlanması, mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlər, həmçinin gənclərin şəxsi inkişafı üçün yaradılan şərait və bu kimi önəmli mövzulara toxunub, gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli dəyərlərə bağlılığı üçün həm dövlət səviyyəsində, həm də filialda bütün zəruri tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB-nin Quba bölməsinin sədri, Azərbaycanın görkəmli şairi Ramiz Qusarçaylı, Eyvaz Xeyrullayev, Şəhid Ruslan Bayramovun həyat yoldaşı İlahə Bayramova və tələbə-gənclər çıxış edərək Gənclər Günü ilə bağlı səmimi təbriklərini çatdırıb, qeyd ediblər ki, bu gün hər birimiz fəxr edirik ki, doğma diyarımızın çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bütün proseslərdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.

Görüş səhər yeməyi masası arxasında səmimi söhbətlərlə davam edib. Sonda xatirə şəkli çəkdirilib.

Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib Qubada Gənclər Günü münasibətilə görüş keçirilib
Məqalədə: #Azərbaycan #Quba #QİAD

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.