5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Suriya Prezidenti Əhməd Şəraa bu gün Türkiyəyə gedir

4 Fevral 2025 10:28
Suriya Prezidenti Əhməd Şəraa bu gün Türkiyəyə gedir

BAKI, AzerVoice

Suriya Dövlət Başçısı Əhməd Şəraa, iki günlük uğurlu Səudiyyə Ərəbistanı səfərindən sonra bu gün Ankaraya gəlir.

AzerVoice xəbər verir ki,Suriya Prezidenti, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmana Suriya və onun xalqına göstərdiyi dəstəyə görə minnətdarlığını və təqdirini ifadə edib.
"Biz, Suriyanın gələcəyini qurmasına dəstək olmaq üçün həqiqi bir arzu və Suriya xalqının iradəsini, ölkənin birliyi və ərazi bütövlüyünü qorumağa yönəlmiş istək gördük."-deyə o bildirib.

Məhəmməd bin Salman və Şəraa, Suriyadakı son hadisələri və ölkənin təhlükəsizliyini və sabitliyini dəstəkləmək üçün atıla biləcək addımları müzakirə ediblər.

Digər tərəfdən, Türkiyə Prezidentliyi dünən açıqlama verərək, Prezident Şəraanın bu gün Ankaraya gələcəyini bəyan edib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Suriya iqtisadiyyatının inkişafı, təhlükəsizlik və daimi sabitliyin təmin edilməsi üçün mümkün ortaq tədbirləri, həmçinin Suriyadakı son inkişafları müzakirə edəcək.
Türkiyə və Suriya arasındakı münasibətlər uzun illər ərzində dalğalanmalarla müşayiət olunub. Hər iki ölkə qonşu olsa da, tarixi, siyasi və geosiyasi faktorlar səbəbindən əlaqələr gərgin və dəyişkən olub.

Əsas Məsələlər və Münasibətlərin Gedişatı- 2011-ci ildən əvvəlki dövr

1998-ci ildə imzalanan Adana müqaviləsi, Türkiyə ilə Suriya arasındakı münasibətlərin normallaşmasının başlanğıcı oldu. Bu müqavilə çərçivəsində Suriya, PKK terroir təşkilatının lideri Abdullah Öcalanı ölkədən çıxardı və təşkilata dəstək verməyəcəyinə dair öhdəlik götürdü.

2000-ci illərdə Əsəd rejimi ilə Ərdoğan hökuməti arasında yaxın münasibətlər formalaşmağa başladı. Viza rejimi ləğv olundu, ticarət əlaqələri gücləndi.

Suriya müharibəsi və Türkiyənin mövqeyi (2011–2023)

2011-ci ildə Suriyada vətəndaş müharibəsi başladıqdan sonra Türkiyə Əsədin istefasını tələb edən ölkələrdən biri oldu.

Türkiyə Suriya müxalifətinə və Azad Suriya Ordusuna (ASO) açıq dəstək verdi.

Türkiyə, 2016-cı ildən başlayaraq Suriya ərazisində bir neçə anti-terror əməliyyatı keçirdi:
"Fərat Qalxanı" (2016) – İŞİD və YPG/PYD terror təşkilatlarına qarşı həyata keçirildi.
"Zeytun Budağı" (2018) – Afrində PKK/YPG-nin mövqelərinə qarşı əməliyyat aparıldı.
"Barış Pınarı" (2019) – Türkiyə sərhədlərindəki PKK qüvvələrinin zəiflədilməsi məqsədi ilə həyata keçirildi.
"Qalxan və Bahar" əməliyyatları (2020) – İdlibdə Əsəd qüvvələrinə qarşı aparıldı.

Son dövrlərdə münasibətlərin normallaşması cəhdləri

2022-ci ildən başlayaraq Türkiyə və Suriya arasında münasibətlərin normallaşdırılması üçün diplomatik görüşlər keçirildi.

Rusiya və İran bu prosesi vasitəçilik edərək dəstəkləyirdi lakin du dəstək yalnız Moskva və Tehran maraqları daxilindi idi.
Türkiyə, Suriyanın ərazi bütövlüyünə hörmət etdiyini, lakin sərhəd təhlükəsizliyi və qaçqın məsələləri ilə bağlı konkret addımlar gözlədiyini bildirir.

Əsəd hakimiyyəti zamanı əsas mübahisəli məsələlər

Türkiyənin Suriyadakı hərbi mövcudluğu – Əsəd hökuməti bunu işğal kimi qiymətləndirirdi.

Suriya qaçqınları – Türkiyə içərisində bu məsələ ciddi daxili siyasi müzakirə mövzusu idi.

PKK/YPG məsələsi – Türkiyə, ABŞ və bəzi Qərb ölkələrinin Suriyadakı terrorçu qruplaşmalarına dəstəyindən narahatdır.

Bu çərçivədə, Əhməd Şəraanın Türkiyə səfəri iki ölkə arasında yeni səhifə açmaq üçün mühüm addım ola bilər.

Məqalədə: #Əhməd Şəraa

Mövzu üzrə digər xəbərlər

Suriyaya qayıdan qaçqınların sayı nə qədər olub?
Yaxın Şərq

Suriyaya qayıdan qaçqınların sayı nə qədər olub?

20 İyun 14:52
Suriya Avropanı Asiya və Körfəzə bağlayan alternativ ana damardır - Suriya Prezidenti
Yaxın Şərq

Suriya Avropanı Asiya və Körfəzə bağlayan alternativ ana damardır - Suriya Prezidenti

24 Aprel 22:17
Strateji Baxış: "Öncə Suriya" – Şəraa hökumətinin prioritetləri və daxili çağırışlar
VOA təhlil mərkəzi

Strateji Baxış: "Öncə Suriya" – Şəraa hökumətinin prioritetləri və daxili çağırışlar

12 Aprel 12:07
Dəməşq "Hizbullah"a qarşı: Suriya Livana müdaxilə etməyə hazırlaşır?
VOA təhlil mərkəzi

Dəməşq "Hizbullah"a qarşı: Suriya Livana müdaxilə etməyə hazırlaşır?

10 Mart 11:11

Son Xəbərlər

İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.