5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Suriyaya qayıdan qaçqınların sayı nə qədər olub?

İordaniyadan Suriyaya könüllü şəkildə qayıdan suriyalı qaçqınların sayı 200 min nəfərə çatıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının İordaniya nümayəndəliyinin təmsilçisi Yusif Taha məlumat verib. 20 iyun – Ümumdünya Qaçqınlar Günü münasibətilə İordaniyanın dövlət televiziya kanallarından birinə müsahibə verən Yusif Taha 2024-cü il dekabrın 8-dən sonra suriyalı qaçqınların vətənlərinə qayıdışı ilə bağlı prosesdən danışıb.

20 İyun 2026 14:52
Suriyaya qayıdan qaçqınların sayı nə qədər olub?

BAKI,VOA, Orxan Qədirzadə

İordaniyadan Suriyaya könüllü şəkildə qayıdan suriyalı qaçqınların sayı 200 min nəfərə çatıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının İordaniya nümayəndəliyinin təmsilçisi Yusif Taha məlumat verib.

20 iyun – Ümumdünya Qaçqınlar Günü münasibətilə İordaniyanın dövlət televiziya kanallarından birinə müsahibə verən Yusif Taha 2024-cü il dekabrın 8-dən sonra suriyalı qaçqınların vətənlərinə qayıdışı ilə bağlı prosesdən danışıb.

Onun sözlərinə görə, cari ilin əvvəlindən indiyədək İordaniyadan Suriyaya 23 min 150 nəfər qayıdıb. Təkcə iyunun 1-dən 13-dək olan dövrdə isə təxminən 2 min 500 nəfər vətəninə dönüb.

Yusif Taha bildirib ki, könüllü geri dönüş prosesi davam edir və geri qayıdanların 51 faizini kişilər təşkil edir.

Məlumata görə, Suriyaya qayıdanların 58 faizi ailə üzvləri ilə birlikdə vətənə dönüb. Qaçqınların 42 faizi isə Suriyaya təkbaşına qayıtmağa üstünlük verib. Eyni zamanda, geri dönənlərin 24 faizi əvvəllər qaçqın düşərgələrində yaşayırdı.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi qeyd edib ki, hazırda İordaniyada 400 mindən çox qaçqın yaşayır. Onların 380 minini Suriya vətəndaşları təşkil edir.

Təşkilatın ölkədə qalan qaçqınlara dəstək göstərmək fəaliyyətini davam etdirdiyi vurğulanıb.

Qeyd edək ki, 2024-cü il dekabrın 8-də Suriya müxalif qüvvələri paytaxt Dəməşqə daxil olduqlarını elan etmiş və ölkədə uzun illər hakimiyyətdə olan Bəəs rejiminin devrildiyini bildirmişdilər. Bəşşar Əsədin rəhbərlik etdiyi hakimiyyət ölkəyə onilliklər ərzində nəzarət edib.

Məqalədə: #BMT #Əhməd Şəraa #Suriyalı qaçqınlar #Suriyada vətəndaş müharibəsi #İordaniyadan Suriyaya könüllü qayıdış #Suriyalı məcburi köçkünlər #İordaniyaya sığınan suriyalılar #Bəşşar Əsədin törətdiyi qətliamlar #20 iyun – Ümumdünya Qaçqınlar Günü #Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı #Yusif Taha

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

4 Sentyabr 13:44
Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru
Siyasət

Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

2 Sentyabr 13:34

Son Xəbərlər

Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:33
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
13:18
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.