12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Strateji Baxış: "Öncə Suriya" – Şəraa hökumətinin prioritetləri və daxili çağırışlar

İnqilabdan əvvəlki Suriyada müxalifətin böyük əksəriyyətinin Bəşər Əsəd və ondan əvvəl Hafiz Əsədlə ixtilafı təkcə məzhəb mənsubiyyətinə söykənmirdi. Baxmayaraq ki, məzhəb amili bir çox hadisələrdə mühüm faktor kimi önə çıxsa da, bu, yeganə və əsas amil deyildi. İxtilaf ilk növbədə siyasi xarakter daşıyırdı: idarəetmə forması, korrupsiya, azadlıqların boğulması və Suriya dövlətinin bir ailənin maraqlarına, habelə Suriyanı dövlətdən "meydana" çevirən xarici oxların ittifaqına girov edilməsi əsas səbəblər idi.

12 Aprel 2026 12:07
Strateji Baxış: "Öncə Suriya" – Şəraa hökumətinin prioritetləri və daxili çağırışlar

BAKI,VOA Analitik Təhlil Mərkəzi

İnqilabdan əvvəlki Suriyada müxalifətin böyük əksəriyyətinin Bəşşar Əsəd və ondan əvvəl Hafiz Əsədlə ixtilafı təkcə məzhəb mənsubiyyətinə söykənmirdi. Baxmayaraq ki, məzhəb amili bir çox hadisələrdə mühüm faktor kimi önə çıxsa da, bu, yeganə və əsas amil deyildi. İxtilaf ilk növbədə siyasi xarakter daşıyırdı: idarəetmə forması, korrupsiya, azadlıqların boğulması və Suriya dövlətinin bir ailənin maraqlarına, habelə Suriyanı dövlətdən "meydana" çevirən xarici oxların ittifaqına girov edilməsi əsas səbəblər idi.

İnqilabın 14 illik ağrılı yolu

2011-ci ildə inqilab alovlananda tələblər aydın idi: azadlıq, demokratiya, təsisatlı dövlətin qurulması və ölkəni daxildən gəmirən korrupsiya ilə mübarizə. Suriyalılar qonşu ölkələrlə müqayisədə ən ibtidai həyat şəraitindən məhrum edilmişdilər.

İnqilabın və rejimin xalqına qarşı apardığı müharibənin 14 ili asan keçmədi. "Hizbullah", İran və İraq dakı radikal şiə milislərinin suriyalıların qətlində tərəfdaş kimi iştirak etməsi münaqişəyə məzhəb rəngi qatdı. Bir çoxları inanırdılar ki, İran rejimi öz ekspansiya layihəsinə xidmət etmək üçün ərəb şiələrini girov götürüb — bu, onların iddia etdiyi kimi "Hüseynin intiqamı" deyil, sadəcə beyinləri uyuşdurmaq üçün bir bəhanə idi. Hətta Rusiya belə, bu müharibəyə xristianları qorumaq üçün deyil, Liviyadakı məğlubiyyətdən sonra Aralıq dənizi sahillərindəki strateji mövqelərini qorumaq üçün daxil oldu.

Suriyalıların son 14 ildə çəkdiyi ağrı-acı unudula bilməz. Onlar bu müharibəni məzhəb savaşı kimi gördülər, çünki Əsəd rejimi və onun mediası bunu qəsdən belə təqdim edirdi. Rejim əsgərləri nümayişçiləri təhqir edərkən inqilabı azadlıq və ləyaqət mübarizəsindən çıxarıb "Sünni-Ələvi/Şiə" qarşıdurmasına çevirmək üçün xüsusi ifadələrdən istifadə edirdilər və bu videolar qəsdən sızdırılırdı.

Reallığın təsviri: Kimlər zərər gördü?

Əgər desək ki, hər iki Əsədin qurbanlarının böyük əksəriyyəti — öldürülənlər, işgəncə görənlər, didərgin düşənlər və həbs edilənlər Sünni məzhəbindən olub, bu, məzhəbçilik deyil, reallığın təsviridir. Eyni zamanda, onilliklər boyu Əsəd rejimini dəstəkləyənlər və Bəşər Əsədin müharibəsində iştirak edənlərin hamısının yalnız Ələvi məzhəbindən olmadığını demək də heç kimə bəraət qazandırmır, sadəcə hər kəsin bildiyi reallığı ifadə edir.

Yeni dövr: "Öncə Suriya" strategiyası

Əsəd devrildi, İran və onun "Hizbullah" da daxil olmaqla bütün milisləri Suriyanı tərk etdi. Yeni Suriya hökumətinin başçısı Əhməd əş-Şəraa bəyan etdi ki, Əsəddən sonrakı Suriya qonşu dövlətlər üçün təhdid olmayacaq. Bu, zəiflik və ya təslimiyyət deyil, strateji seçim və prioritetlərin yenidən düzülüşüdür. "Öncə Suriya" sadəcə bir şüar deyil, yeni hakimiyyətin izləyəcəyi elan edilmiş bir yoldur.

Suriyanın onilliklər boyu İranın xeyrinə girov saxlanılmasından sonra, suriyalılar "ərəb dünyasının vuran ürəyi" olan vətənlərinin yenidən ərəb qucağına qayıtmasına və ərəblərin Suriyaya dönməsinə böyük sevinc ifadə etdilər. İran dəfələrlə sübut etdi ki, o, ərəblərin düşmənidir və onlar üçün böyük təhlükədir.

İsrail və Colan məsələsi

Heç kim İsrailin Fələstini və Colan təpələrini işğal etdiyini inkar etmir. Lakin Əsədin süqutu və Benyamin Netanyahunun 1974-cü il sazişinin bitdiyini elan etməsindən sonra Əş-Şəraa seçimi diplomatik fəaliyyət oldu və bir çox suriyalı bunu dəstəklədi. Suriya artıq müharibələrdən doyub.

Məqalədə: #Bəşşar Əsəd #Colan Təpələri #Əhməd Şəraa #Bəşşar Əsəd və Dürzilər #İsrail və Colan təpələri #Colan təpələri İsrail üçün niyə əhəmiyyətlidir? #İsrailin Colan təpələrindəki hərbi varlığı beynəlxalq hüquqa uyğundurmu? #Bəşşar Əsəd rejimi #Bəşşar Əsədin keçmiş nazirləri yeni hökumətə daxil olubmu? #Colan yüksəkliklərində İsrail fəaliyyəti #Əhməd Şəraa hakimiyyəti və sələfi keçmişi #Əhməd əş-Şəraa siyasəti #Tramp Şəraa görüşü #Əhməd əş-Şəraa kimdir #Əhməd Şəraa və Netanyahu görüşü #İsrailin Colan siyasəti #Bəşşar Əsəd rejiminin sonu #Əhməd əş-Şəraa #VOA Azərbaycan

Mövzu üzrə digər xəbərlər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12:23
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?

11:23

Son Xəbərlər

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
21:05
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
21:00
Omanın bank sektorunun aktivləri 48,7 milyard riala çatıb
Omanın bank sektorunun aktivləri 48,7 milyard riala çatıb
20:57
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
20:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.