5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Suriya Avropanı Asiya və Körfəzə bağlayan alternativ ana damardır - Suriya Prezidenti

Suriya Prezidenti Əhməd Əş-Şəraa, “Dörd Dəniz və Doqquz Koridor” təşəbbüsü ilə Suriyanın Orta Asiya və Körfəz regionunu Avropanın mərkəzinə bağlayan təhlükəsiz və alternativ bir marşrut olduğunu vurğulayıb. Kiprin paytaxtı Nikosiyada keçirilən Avropa İttifaqı və Regional Tərəfdaşların Toplantısında çıxış edən Prezident Əş-Şəraa bildirib ki, bu görüş ənənəvi əməkdaşlıq çərçivələrini aşan yeni bir geosiyasi reallığı təsdiqləyir və strateji yetkinlik anını təmsil edir.

24 Aprel 2026 22:17
Suriya Avropanı Asiya və Körfəzə bağlayan alternativ ana damardır - Suriya Prezidenti

BAKI,VOA, Nailə Babazadə

Suriya Prezidenti Əhməd Əş-Şəraa, “Dörd Dəniz və Doqquz Koridor” təşəbbüsü ilə Suriyanın Orta Asiya və Körfəz regionunu Avropanın mərkəzinə bağlayan təhlükəsiz və alternativ bir marşrut olduğunu vurğulayıb.

VOA xəbər verir ki,Kiprin paytaxtı Nikosiyada keçirilən Avropa İttifaqı və Regional Tərəfdaşların Toplantısında çıxış edən Prezident Əş-Şəraa bildirib ki, bu görüş ənənəvi əməkdaşlıq çərçivələrini aşan yeni bir geosiyasi reallığı təsdiqləyir və strateji yetkinlik anını təmsil edir.

Görüşdən sonra təşkil edilən mətbuat konfransında danışan dövlət başçısı Aralıq dənizinin ortaq sahilində yerləşmənin Avropanın təhlükəsizliyi ilə regionun sabitliyini bölünməz bir tarazlığa çevirdiyini qeyd edib. O, Hörmüz boğazının bağlanma riskinin böyük təhdid yaratdığını və buna görə də regionun daxilindən strateji həllər istehsal edilməsinin zəruriliyini vurğulayıb:

“Avropanın Suriyaya ehtiyacı, Suriyanın Avropaya olan ehtiyacı qədərdir. Avropa-Ərəb-Aralıq dənizi tərəfdaşlığı enerji axınının davamlılığı və qlobal təchizat təhlükəsizliyi üçün qaçılmaz bir yol və təhlükəsiz sığınacaq halına gəlib”.

Prezident Əş-Şəraa İsrailin Suriya suverenliyinə qarşı quru müdaxilələri və hava hücumlarının 1974-cü il hərbi razılaşmasına və beynəlxalq hüquqa zidd olduğunu bildirərək beynəlxalq birliyi məsuliyyət daşımağa çağırıb. O qeyd edib ki, bu hücumlar təkcə təhlükəsizliyi deyil, həm də yenidənqurma prosesini hədəf alır.

Suriyanın artıq münaqişə meydanı deyil, həll körpüsü olmağı seçdiyini qeyd edən dövlət başçısı yeni təşəbbüsü belə izah edib:
“Coğrafiya taleyimiz, tərəfdaşlıq isə qərarımızdır. Bu anlayışla Aralıq dənizi və Ərəb Körfəzindəki tərəfdaşlarımızın xidmətinə ‘Dörd Dəniz və Doqquz Koridor’ təşəbbüsünü təqdim edirik. Bu təşəbbüslə Suriya Orta Asiya və Körfəzi Avropanın qəlbinə bağlayan şah damarı təmsil edir”.

Nikosiyadakı təmasların 11 mayda Brüsseldə keçiriləcək “Yüksək Səviyyəli Suriya-Avropa Siyasi Dialoqu” üçün bir başlanğıc olduğunu qeyd edən Əş-Şəraa, önlərindəki 17 günlük müddətdə intensiv iş aparılacağını bildirib.

Qeyd edək ki, Suriya Prezidenti Kipr Prezidenti Nikos Xristodulidis və Avropa İttifaqı Şurasının sədri Antonio Kostanın dəvəti ilə bu əhəmiyyətli toplantıda iştirak edib.

Məqalədə: #Avropa İttifaqı #Suriya #Əhməd Şəraa #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya siyasi həll

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
Digər Dövlətlər

İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib

4 Sentyabr 18:45

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.