7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Dəməşq "Hizbullah"a qarşı: Suriya Livana müdaxilə etməyə hazırlaşır?

Suriya prezidenti Əhməd əş-Şəranın livanlı həmkarı Cozef Aunun "Hizbullah"ı tərksilah etmək səylərini dəstəkləməsi ilə bağlı bəyanatları müşahidəçilərin diqqətini çəkib. Bu, Dəməşqin İrana meylli Livan partiyasına qarşı mübarizədə rol oynamağa hazır olub-olmaması ilə bağlı fərziyyələri daha da artırıb. Regiondakı münaqişə dairəsinin Livanı da əhatə edəcək şəkildə genişlənməsi fonunda Dəməşq qonşu ölkə ilə sərhədə hərbi qüvvələr göndərib. Bu addım Suriyanın Livana hərbi müdaxilə niyyətində ola biləcəyinə dair şübhələr yaradıb.

10 Mart 2026 11:11
Dəməşq "Hizbullah"a qarşı: Suriya Livana müdaxilə etməyə hazırlaşır?

BAKI,VOA Analitik Təhlil Mərkəzi

Suriya prezidenti Əhməd əş-Şəranın livanlı həmkarı Cozef Aunun "Hizbullah"ı tərksilah etmək səylərini dəstəkləməsi ilə bağlı bəyanatları müşahidəçilərin diqqətini çəkib. Bu, Dəməşqin İrana meylli Livan partiyasına qarşı mübarizədə rol oynamağa hazır olub-olmaması ilə bağlı fərziyyələri daha da artırıb. Regiondakı münaqişə dairəsinin Livanı da əhatə edəcək şəkildə genişlənməsi fonunda Dəməşq qonşu ölkə ilə sərhədə hərbi qüvvələr göndərib. Bu addım Suriyanın Livana hərbi müdaxilə niyyətində ola biləcəyinə dair şübhələr yaradıb.

Avropa Şurası və Avropa Komissiyasının dəvəti ilə region ölkələrinin bir sıra liderləri ilə videokonfrans formatında keçirilən görüşdə Suriya prezidenti: "Biz Livan prezidenti Cozef Aunun "Hizbullah"ı tərksilah etmək səylərində onun yanındayıq".-deyib.

"Münaqişənin fəsadlarının Suriya ərazisinə keçməsinin qarşısını almaq, transmilli təşkilatlarla mübarizə aparmaq və onların Suriya ərazisindən istifadə etməsinə imkan verməmək üçün sərhəddəki müdafiə qüvvələrimizi ehtiyat tədbiri olaraq gücləndirmişik".-deyə Əş-Şəra əlavə edib

Əş-Şəranın bu bəyanatları Livan prezidentinin bazar ertəsi "Hizbullah"a qarşı səsləndirdiyi ittihamlardan sonraya təsadüf edir. Livan prezidenti təşkilatı İranın maraqları naminə "Livan dövlətini çökdürməyə" cəhd etməkdə günahlandırıb.
Belə ki, səkkiz gün əvvəl ali dini lider Ayətullah Xameneinin və bir neçə iranlı komandanın öldürülməsinə cavab olaraq "Hizbullah"ın İsrailə raket zərbələri endirməsi, İsrailin indiyədək 486 nəfərin ölümü və 1300-dən çox insanın yaralanması ilə nəticələnən genişmiqyaslı hücumlarına yol açıb.

Prezident Aparatının bəyanatına görə, Aun: "O raketləri atanlar İran rejiminin hesabları naminə Livan dövlətinin çöküşünü satın almaq istəyirdilər. Bizim indiyə qədər qarşısını aldığımız şey budur. Və bunu çökdürmək, alt-üst etmək üçün işləməyə davam edəcəyik".-deyə bildirib.

O əlavə edib ki, raketlərin atılması "Livan, Livan dövləti və Livan xalqı üçün demək olar ki, açıq bir tələ və pusu idi".

Livan prezidenti gərginliyi dayandırmaq üçün dörd bəndlik təşəbbüs irəli sürüb və beynəlxalq ictimaiyyəti onun icrası üçün kömək etməyə çağırıb. Təşəbbüsə İsraillə "tam atəşkəsin bərqərar olması", "Hizbullah"ı, onun silah anbarlarını və bazalarını tərksilah etmək üçün orduya "zəruri logistik dəstəyin göstərilməsi" və "Livanla İsrailin beynəlxalq himayə altında birbaşa danışıqlara başlaması" daxildir.

Aun "Hizbullah"ı "Livanda dövlətdən kənar, Livanın maraqlarına və xalqının həyatına heç bir dəyər verməyən silahlı qrup" adlandırıb. O vurğulayıb ki, hökumət "Hizbullah"ın hər hansı hərbi və ya təhlükəsizlik fəaliyyətini qadağan edən "aydın və geri dönüşü olmayan bir qərar" qəbul edib. "Biz məhz bunu aydın və qəti şəkildə həyata keçirmək istəyirik".-deyə o qeyd edib.

Ekspertlər hesab edirlər ki, ordunun imkanlarının zəif olması fonunda Livan hakimiyyətinin "Hizbullah"ı silahlarını təhvil verməyə məcbur etmək üçün kifayət qədər gücü yoxdur. Eyni zamanda, onlar Suriyanın hərbi müdaxiləsinə bel bağlamağı da istisna edirlər, çünki bu, Livan üçün yeni çıxılmaz vəziyyətlərə (labirintlərə) gətirib çıxara bilər.

Livan onilliklər boyu Suriyanın himayəsi altında olub və bu, livanlılar üçün bir fəlakət idi. Bu birbaşa mövcudluq yalnız 2005-ci ildə Baş nazir Rəfiq Həriri sui-qəsdə qurban getdikdən sonra başa çatdı.

Yeni Suriya hakimiyyəti ilə Suriyada 14 il davam edən vətəndaş müharibəsi zamanı prezident Bəşər Əsəd rejiminin əsas dəstəkçilərindən biri olan "Hizbullah" arasında hazırda düşmənçilik mövcuddur.

Ötən ay Suriya rəsmiləri Məzzə ərazisini hədəf alan raket hücumlarında iştirak edən "Hizbullah"a bağlı bir qruplaşmanın zərərsizləşdirildiyini elan etmişdilər. Livan partiyası isə həmin qruplaşma ilə hər hansı bir əlaqəsinin olduğunu təkzib etmişdi.

Məqalədə: #Əhməd Şəraa #Cozef Aun #Livan Prezidenti Cozef Aun və sərhəd təhlükəsizliyi #Cözef Aun və Hizbullah #Cözef Aun və Mahmud Abbas görüşü #VOA Analitik Təhlil Mərkəzi #Dəməşq Hizbullahla qarşıdurmaya cəlb olunurmu?

Mövzu üzrə digər xəbərlər

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

4 Sentyabr 18:19
Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub
Livan

Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub

3 Sentyabr 18:19
Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb
Livan

Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

31 Avqust 20:42

Son Xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
12:06
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
11:59
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
11:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.