7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İsrailin humanitar yardımı dayandırması soyqırımın davamıdır - Qəzza höküməti

2 Mart 2025 18:47
İsrailin humanitar yardımı dayandırması soyqırımın davamıdır - Qəzza höküməti

Bakı, AzerVoice

İsrailin Qəzzaya humanitar yardımın girişinin dayandırması soyqırımın davamıdır.

AzerVoice xəbər verir ki, bu sözlər Qəzza hökümətinin verdiyi bəyanatda yer alıb.

Bəyanatda vurğulanıb ki, İsrail Qəzzaya yardım girişini dayandıracağını elan etməsi, onun verdiyi vədləri və atəşkəs razılaşmasındakı öhdəliklərini yerinə yetirmədiyini bir daha təsdiqləyir. Bu qərarın Təl-Əvivin cinayətlərini əks etdirdiyi və Fələstin xalqına qarşı həyata keçirilən soyqırımın davamı olduğu qeyd edilib.

Bəyanatda, İsrailin beynəlxalq qanunları heçə saydığı və insan hüquqlarını tapdaladığı bir daha vurğulanıb. Bəyanatda bildirilib ki, İsrailin hücumları nəticəsində bölgədəki bütün istehsal və iş sektorları iflic vəziyyətə düşüb və yardım girişinin dayandırılması Qəzzadakı fələstinliləri aclığa məhkum etmək deməkdir.

Qeyd edək ki, daha öncə İsrail baş naziri Benyamin Netanyahu Qəzzaya humanitar yardımın girişini dayandırmağı haqda qərar qəbul edib. Baş nazirin ofisinin verdiyi açıqlamada qeyd olunur ki, bu qərar HƏMAS-ın Uitkoff planını qəbul etməməsi, və İsrailli girovların təhvil verməsindən imtina etməsi fonunda qəbul edilib. Açıqlamada bildirilib ki, İsrail, girovlar azad olunmadan atəşkəsə icazə verməyəcək. Əgər HƏMAS imtina etməyə davam edərsə, bunun əlavə nəticələri olacaq.

Digər tərəfdən, ABŞ dövlət katibi Marko Rubio İsrailə təxminən 4 milyard dollarlıq hərbi yardımın çatdırılmasının sürətləndirilməsi haqda bəyannamə imzalayıb. Rubionun verdiyi açıqlamada qeyd edilib ki, 20 yanvar tarixində hakimiyyətə gələn Tramp administrasiyası İsrailə təxminən 12 milyard dollar dəyərində silah satışına razılıq verib. O, əlavə edib ki, ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyini yerinə yetirmək üçün mövcud bütün vasitələrdən istifadə etməyə davam edəcəklər.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #ABŞ #humanitar yardım #Marko Rubio

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb

6 Sentyabr 11:40
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09

Son Xəbərlər

Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.