15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Texas-Türkiyə Biznes Forumu keçirilib

14 Mart 2025 15:00
Texas-Türkiyə Biznes Forumu keçirilib

BAKI, AzerVoice

Texas-Türkiyə Biznes Forumu Hyustonda baş tutub və iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə mühüm razılaşmalar əldə edilib.

AzerVoice xəbər verir ki, forum Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-ABŞ İş Şurasının (TAİK) təşkilatçılığı ilə keçirilib. Tədbirdə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, TAİK prezidenti Murat Özyeğin, Böyük Hyuston Tərəfdaşlığının (GHP) baş icraçı direktoru Stiv Kin və ABŞ Ticarət və İnkişaf Agentliyinin direktoru Tomas Hardin iştirak ediblər.

Forum çərçivəsində TAİK və GHP arasında ticarət və iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədilə Anlaşma Memorandumu imzalanıb. Sənəd Texas və Türkiyə arasında ticarət həcminin artırılması və sənaye əməkdaşlığının genişləndirilməsini hədəfləyir.

Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar çıxışında iki ölkə arasında enerji sahəsində strateji əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, LNG ticarətinin artması, bərpa olunan enerji sərmayələri və texnologiyaya yönəlmiş layihələr bu əməkdaşlığın əsas istiqamətlərindəndir.

TAİK prezidenti Murat Özyeğin forumun enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və yeni investisiya imkanlarının qiymətləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyə və ABŞ arasında 100 milyard dollarlıq ticarət hədəfinə çatmaq üçün Türk şirkətləri ABŞ-a investisiyalarını artırmağı planlaşdırır.

Tədbirdə enerji sektorundakı mövcud inkişaflar, enerji transformasiyası və bərpa olunan enerji mənbələri ilə bağlı müzakirələr aparılıb. Forum çərçivəsində 100-dən çox ABŞ və Türkiyə şirkətinin iştirakı ilə "Enerji" paneli təşkil edilib.

Məqalədə: #Türkiyə #Alparslan Bayraktar #Texas #memorandum #Türkiyə-ABŞ İş Şurasının (TAİK)

Mövzu üzrə digər xəbərlər

Bu saata olan əsas xəbər başlıqları
Redaktorun seçimi

Bu saata olan əsas xəbər başlıqları

13:00
Türkiyənin yeni hava qalxanı sınaqdan keçdi: "Pars Scout 8x8" üzərində "Burç" sistemi
Türkiyə

Türkiyənin yeni hava qalxanı sınaqdan keçdi: "Pars Scout 8x8" üzərində "Burç" sistemi

10:50
Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür
Siyasət

Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür

09:02
Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

14 Sentyabr 09:00

Son Xəbərlər

İraq parlamentindən demokratiya çağırışı
İraq parlamentindən demokratiya çağırışı
13:40
İordaniya və NATO birgə təlimə hazırlaşır
İordaniya və NATO birgə təlimə hazırlaşır
13:17
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
13:04
Bu saata olan əsas xəbər başlıqları
Bu saata olan əsas xəbər başlıqları
13:00
Sədəqə nədir və necə verilməlidir? – Bəqərə surəsindəki mühüm mesaj
Sədəqə nədir və necə verilməlidir? – Bəqərə surəsindəki mühüm mesaj
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.