7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Aİ liderləri Brüsseldə sammit keçirib

20 Mart 2025 15:55
Aİ liderləri Brüsseldə sammit keçirib

BAKI,AzerVoice

Avropa İttifaqına (Aİ) üzv 27 ölkənin liderləri Brüsseldə təhlükəsizlik, müdafiə, iqtisadi rəqabətlilik və Ukraynaya dəstək məsələlərini müzakirə etmək üçün bir araya gəlib.

AzerVoice xəbər verir ki, Aİ Şurasının yeni sədri Antonio Kosta başçılıq etdiyi sammit çərçivəsində liderlər Ukrayna prezidenti Vladimir Zelenski ilə onlayn görüş keçirəcəklər.

Sammit çərçivəsində Aİ liderləri Ukraynaya davamlı dəstək və hərbi yardım, Avropanın təhlükəsizliyi və müdafiə strategiyaları, Aİ-nin iqtisadi rəqabət qabiliyyətinin artırılması, Yaxın Şərqdəki vəziyyət və miqrasiya problemləri və Aİ-nin Çoxillik Maliyyə Çərçivəsinə yeni resursların daxil edilməsi məsələlərini müzakirə edəcəklər:

Sessiyaların birində BMT-nin baş katibi Antonio Quterreş də iştirak edəcək.

Aİ Şurasının sədri Antonio Kosta, sammit öncəsi sosial media paylaşımında bildirib ki, rəqabətlilik Avropanın təhlükəsizliyi və inkişafı üçün açardır.

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas, sammit öncəsi Ukrayna məsələsinə xüsusi diqqət çəkərək,
"Biz əvvəlcə Ukraynanı müzakirə edəcəyik və prezident Zelenskinin ABŞ prezidenti Donald Trampla görüşündən sonra fikirlərini eşitmək istəyirik. Prezident Trampın Ukrayna üçün əlavə hava hücumundan müdafiə vasitələri ayırmaq istədiyini bildirməsi müsbət addımdır." - deyə bildirib.

Kallas, Ukraynaya 5 milyard avroluq sursat yardımı təşəbbüsü irəli sürdüyünü və bunun reallaşması üçün təcili konkret addımlar atılmasının vacib olduğunu vurğulayıb.

Aİ liderlərinin bu sammitdə qəbul edəcəyi qərarlar Avropanın müdafiə strategiyası və Ukraynanın gələcək dəstəyi baxımından böyük əhəmiyyət daşıyır. Gözləntilərə görə, sammit Ukraynaya əlavə hərbi yardımlar və Avropa iqtisadiyyatının gücləndirilməsi istiqamətində yeni maliyyə resurslarının ayrılması ilə bağlı razılaşmalarla nəticələnə bilər.

Məqalədə: #BMT #Antonio Quterreş #Avropa İttifaqı #Ukrayna #Zelenski #brüssel görüşü

Mövzu üzrə digər xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

22:28
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

22:04
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

19:43

Son Xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.