Bakı. AzerVoice:
Qəzzada fələstinlilərin yaşadığı humanitar böhrana görə yalnız İsrail məsuliyyət daşıyır.
AzerVoice xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Samih Şükri bildirib.
“Misir İsrail tərəfinin məsuliyyətdən yayınma siyasətini birmənalı şəkildə pisləyir.” – deyə Samih Şükri vurğulayıb.
O qeyd edib ki, biz İsrailin Misiri məsuliyyətə cəlb etmək cəhdlərini qətiyyətlə pisləyirik.
Qeyd edək ki, bu gün İsrailin xarici işlər naziri İsrail Katz Rəfah Misiri Rəfah keçidinin bağlanmasında günahlandırıb.
Təsnim Rufizqızı