Bakı. AzerVoice:
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qəzzada Nuseyrat qaçqınlar düşərgəsinə hücumunu pisləyib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə XİN açıqlama verib.
“Yüzlərlə mülki fələstinlinin ölümünə səbəb olan hücumu qınayırıq” – deyə açıqlamada bildirilib.
Xatırladaq ki, iyun ayını 8-də İsrail ordusu Qəzzada yerləşən Nuseyrat qaçqınlar düşərgəsindən 4 əsiri xilas edib.
Noa Arqamani (25 yaş), Almog Meir Jan (21 yaş), Andrey Kozlov (27 yaş) və Şlomi Ziv (40 yaş) əməliyyat nəticəsində xilas olunublar.
İsrail ordusunun Nuseyrat qaçqınlar düşərgəsinə hücumundan sonra 210 fələstinli ölüb, 400-dən çox fələstinli isə yaralanıb.
Tasnem Ismukhan