12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

BMT İsrailə silah tədarükünü dayandırmağa çağırıb

21 İyun 2024 14:43
BMT İsrailə silah tədarükünü dayandırmağa çağırıb

Bakı,VOA

BMT İsrailə silah və sursat tədarükünü dayandırmağa çağırıb.

VOA xəbər verir ki, BMT ekspertlərinin fikrincə, silah ticarətini və onun daşınmasını maliyyələşdirən şirkətlər məsuliyyətə cəlb edilməlidir.

BMT-nin hesabatında, real məsuliyyətə cəlb oluna biləcək dünyanın ən böyük silah istehsalçılarının siyahısı verilib.

Bəyanatda xatırladılıb ki, BMT İnsan Haqları Şurası və BMT məruzəçiləri ölkələri İsrailə silah və hərbi texnikanın satışını, transferini və yönləndirilməsini dayandırmağa çağırıb. Müvafiq olaraq İsrailə silah tədarük edən BAE Systems, Boeing, Caterpillar, General Dynamics Lockheed Martin, Northrop, Grumman, Oshkosh, Rheinmetall AG, Rolls-Royce Power Systems, RTX və ThyssenKrupp kimi silah istehsalçılarının bunu mövcud ixrac lisenziyaları altında həyata keçirilsə belə, transferləri dayandırmaları tələb olunub.

“Bu şirkətlər İsrail ordusuna silah, hissələri və sursat göndərməklə, beynəlxalq insan haqları və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasında şərik olmaq riski daşıyırlar”, - bəyanatda deyilir.

Açıqlamada, bu silah şirkətlərinə sərmayə qoyan maliyyə qurumlarının da məsuliyyətə cəlb oluna biləcəyi ifadə edilib və Alfried Krupp von Bohlen və Halbach-Stiftung, Amundi Asset Management, Bank of America, BlackRock, Capital Group, Causeway Capital Management, Citigroup, Fidelity Management & Research, INVESCO Ltd, JP Morgan Chase, Harris Associates, Morgan Stanley, Norges Bank Investment Management, Newport Group, Raven'swing Asset Management, State Farm Mutual Automobile Insurance, State Street Corporation, Union Investment Privatfonds, The Vanguard Group, Wellington və Wells Fargo & Company kimi investorlara hərəkətə keçmələri üçün çağırış edilib.

Bundan əlavə, beynəlxalq məhkəmələrdə İsrailə qarşı iddialar qaldırlıb. Belə ki, bir ay əvvəl Beynəlxalq Cinayət Məhkəməsi İsrail ordusunu “real soyqırım təhlükəsi” səbəbindən Rəfahdakı əməliyyatları dərhal dayandırmağa çağırıb.

Bunun fonunda İsraillə ABŞ arasında münasibətlər silah tədarükü ilə bağlı yenidən pisləşib. Ağ Ev Netanyahunun ABŞ-ın silah tədarükünü gecikdirməsi ilə bağlı verdiyi son açıqlamadan “böyük məyusluq” keçirdiyini ifadə edib.

Amerikalı siyasətçilər və diplomatlar Netanyahunun hansı gecikmələrdən söz getdiyini soruşublar. Həmçinin, Vaşinqton heç bir ölkənin İsraili dəstəkləmək üçün ABŞ qədər iş görmədiyini vurğulayıb.

Məqalədə: #Qəzza #İsrail #Fələstin #BMT

Mövzu üzrə digər xəbərlər

Quranda 800-dən çox ayə nəyi əmr edir?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Quranda 800-dən çox ayə nəyi əmr edir?

16:44
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

13:13
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12:23

Son Xəbərlər

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
21:42
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
21:05
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.