5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Xüsusi Məktəbin kursantlarının azad edilmiş ərazilərə ekskursiyası təşkil olunub

17 İyul 2024 01:00
Xüsusi Məktəbin kursantlarının azad edilmiş ərazilərə ekskursiyası təşkil olunub

Bakı, AzerVoice

Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbinin 2023-2024-cü tədris ilində yüksək nəticə göstərərək təhsildə və hərbi intizamda fərqlənmiş kursantlarının işğaldan azad edilmiş ərazilərə ekskursiyası təşkil olunub.

DSX-nin mətbuat mərkəzindən AzerVoice-yə bildirilib ki, Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında işğaldan azad edilmiş ərazilərə kursantların ekskursiyası zamanı hərbi hissələrdə qarşılanma mərasimi keçirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının əziz xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib.

Bildirilib ki, belə tədbirlərin keçirilməsinin bilikli, texnoloji yenilikləri mənimsəməyə və tətbiq etməyə qadir kadrların yetişdirilməsində, gələcəyin sərhədçi zabitlərinin hazırlanmasında xüsusi rolu var.

Dövlət Sərhəd Xidmətinin arsenalında olan silahlar və döyüş texnikaları ilə tanış olan kursantlara birləşmə və hərbi hissələrin xidməti-döyüş fəaliyyəti barədə məlumat verilib, atıcı silahlardan nümunəvi atışların aparılması, şərti düşmən postunun məhvi üzrə səhnələr nümayiş etdirilib.

Daha sonra Xudafərin körpüsü ərazisində Cəbrayıl və Zəngilan rayonlarının azad olunmasında sərhədçilərimizin göstərdikləri qəhrəmanlıqlardan danışılıb, işğaldan azad edilmiş ərazilərdə birinci pilot layihə kimi yenidən qurulmuş Zəngilan rayonunun Ağalı kəndində yaradılmış şəraitlə tanış olduqdan sonra “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinə yollanıblar.

Xüsusi Məktəbin kursantlarının azad edilmiş ərazilərə ekskursiyası təşkil olunub Xüsusi Məktəbin kursantlarının azad edilmiş ərazilərə ekskursiyası təşkil olunub
Məqalədə: #Azərbaycan

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.