7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Yəməndə vəba xəstəliyi yenidən canlanır

17 İyul 2024 18:10
Yəməndə vəba xəstəliyi yenidən canlanır

Bakı,AzerVoice

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yəmənin şimalında husilərin nəzarətində olan ərazilərdə vəba hadisələrinin həyəcan verici bir şəkildə yenidən artacağı və qeydə alınan hadisələrin sayının 100,000-ə yaxınlaşdığı barədə xəbərdarlıq edib.

Bu arada, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Yəməndə sentyabr ayına qədər davam edən yağışlı mövsümdə daşqın riskinin artacağını proqnozlaşdırıb.

Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə Klaster Bülletenində Yəməndə vəba epidemiyasının ölkənin əksər hissəsini əhatə etdiyini bildirib.

Bildirilib ki, bu ilin əvvəlindən Yəmən valiliklərində 112 583 şübhəli vəba hadisəsi qeydə alınıb.

Əksər hallar husilərin nəzarətində olan ərazilərdə qeydə alınıb ki, bu da ümumi halların 83%-ni, beynəlxalq səviyyədə tanınmış hökumətin tabeliyində olan əyalətlərdə isə 17%-ni təşkil edir.

6 iyul 2024-cü il tarixinə bülletendə husilərin nəzarətində olan ərazilərdə 93.000 vəbaya yoluxma hadisənin olduğu bildirilir.

Qeyd olunub ki, Səhiyyə Klasteri müvafiq orqanlar və tərəfdaşlarla koordinasiya ilə epidemiyaya qarşı sürətli cavab tədbirlərini əlaqələndirir.

Yəmən hökuməti BMT ilə əməkdaşlıq edərək vəba ilə mübarizəni və vəba müalicəsi mərkəzlərinin açılmasını davam etdirir.

Bunun müqabilində husilər uşaqların peyvənd kampaniyalarını qadağan edir, nəzarətləri altında olan ərazilərdə vəba hadisələrinin və ölüm hallarının sayını gizlədir, milislərin media orqanları və məscidləri isə peyvəndlərə qarşı xəbərdarlıq etməyə davam edir. Husi təbliğat maşını vəbaya qarşı vaksinasiyanı, Qərbin sui-qəsdləri kimi qələmə verir.

Husilərin nəzarətində olan ərazilərdə peyvənd kampaniyalarının olmaması, Yəməndə poliomielit də daxil olmaqla bir çox xəstəliyin yenidən canlanmasına səbəb oldu.

FAO bildirib ki, ölkədə güclü yağışlar, qeyri-adekvat drenaj sistemləri, bitki örtüyü və digər ətraf mühit şəraiti kimi amillər daşqınların artmasına səbəb olur.

Nəticə etibarı ilə həssas kənd təsərrüfatı resurslarının ifşası ərzaq təhlükəsizliyi üçün təhlükəni daha da artırır.

BMT-nin məlumatlarına görə, donorlar tərəfindən verilən yardımın kəskin azalması və husilərə yardımı paylayan ərzaq proqramının ötən ilin sonundan etibarən dayandırılması səbəbindən Yəməndə 6 milyon insan aclıq riski  qarşısındadır.

Yəməndə vəba xəstəliyi yenidən canlanır
Məqalədə: #Yəmən #Husilər

Mövzu üzrə digər xəbərlər

Yəməndə ərzaq böhranı dərinləşir
Yəmən

Yəməndə ərzaq böhranı dərinləşir

3 Sentyabr 12:55
İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu
Rəy

İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

3 Sentyabr 09:48
Yəmən hökuməti nəzarətindəki hava limanlarının fəaliyyətini qiymətləndirir
Yəmən

Yəmən hökuməti nəzarətindəki hava limanlarının fəaliyyətini qiymətləndirir

2 Sentyabr 16:13
Yəmən İŞİD terror təşkilatının rəsmi sözçüsünün məhv edildiyini açıqlayıb
Yəmən

Yəmən İŞİD terror təşkilatının rəsmi sözçüsünün məhv edildiyini açıqlayıb

2 Sentyabr 09:48

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.