4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İngiltərə mümkün müharibəyə hazırlaşır

26 İyul 2024 09:00
İngiltərə mümkün müharibəyə hazırlaşır

Bakı,AzerVoice

Britaniyanın yeni Baş Qərargah rəisi general Roli Uoker deyib ki, ölkəsi üç il ərzində müharibəyə hazır olmalıdır. General Worker, "qəzəbli Rusiyanın" başçılıq etdiyi "getdikcə qeyri-sabit" dünyada bəzi təhlükələr barədə xəbərdarlıq edib.

Yaxın gələcəkdə müharibə ehtimalına diqqət çəkən General Worker, Britaniya ordusunun mümkün müharibəyə hazırlaşmaq və müharibədən qaçmaq üçün “kifayət qədər vaxtının” olduğunu, lakin ordunun döyüş gücünün 2027-ci ilə qədər iki dəfə, on il ərzində isə üç dəfə artması lazım olduğunu söyləyib.

General Worker yeni vəzifəsində jurnalistlərə verdiyi ilk açıqlamada Rusiyanın 2022-ci ilin fevral ayından Ukraynanı dəstəkləyən Qərb ölkələrinə qarşı qisas ala biləcəyi barədə xəbərdarlıq edib. Britaniya Baş Qərargah rəisi rusların bu müharibədən zəifləyərək çıxacağını, lakin “çox təhlükəli” olmağa davam edəcəklərini bildirib.

Bundan əlavə, Çinin Tayvanı geri almaq niyyəti və İranın nüvə bombası əldə etmək cəhdi barədə də xəbərdarlıq edən General Worker qeyd edib ki, Moskva, Pekin və Tehran fərqli məqsədlərinə çatmaq üçün silah və texnologiyanı paylaşırlar.

Böyük Britaniya ordusu müvəffəqiyyətlə yenidən qurularsa və strateji bir maneə yaradarsa, döyüşə girmək məcburiyyətində qalmayacağını ifadə edən General Worker, İngiltərə ordusunun bu gün 'orta boy' olduğunu və şəxsi heyətin sayını çox sürətlə artırmalı və modernləşdirməyə ehtiyac olduğunu qeyd edib.

General Worker orduya daha çox xərc tələb etmir, lakin o, ordunu özündən üç dəfə böyük olan rəqibini məğlub edə biləcək səviyyəyə çatdırmaq istəyir. Prinsipcə, bu, "daha uzun məsafələrdə daha sürətli atəş gücü" deməkdir.

General Worker-in bu açıqlamalarından təxminən bir həftə əvvəl, müdafiə naziri Con Healey, ordunun hazırkı vəziyyətini izləmək üçün "radikal" araşdırmaya başladı və orduda böyük islahatlara ehtiyac olduğunu bildirdi.

Nazir Healey-in fikrincə, ölkə yeni dövrün astanasındadır və texnologiyanın müharibənin xarakterini dəyişdirdiyi bir dünyada müdafiə sahəsində müasir dövrə ehtiyacı var.

Böyük Britaniya hazırda Ümumi Daxili Məhsulunun (ÜDM) 2,3 faizini müdafiəyə xərcləyir. Baş nazir Keir Starmer, rəsmilərin bunu 2,5 faizə çatdırmaq üçün yol xəritəsi hazırlayacağını bildirib. Lakin baş nazir bu məsələ ilə bağlı tarix verməkdən yayınıb.

General Worker orduda kadr, texnika, ehtiyat, təlim və texnologiya baxımından çatışmazlıqların olduğunu etiraf edib, lakin buna səbəb olan maliyyə çətinliklərinin yaxşı və effektiv şəkildə idarə olunduğunu bildirib.

200 il əvvəl, 1823-cü ildə 20 milyon əhalisi olan bir ölkədə ingilis ordusunun 72 min əsgəri var idi. Bu gün, 2024-cü ildə, təxminən 70 milyon əhalisini qorumaq üçün təxminən 73 min əsgəri var.

İngiltərə mümkün müharibəyə hazırlaşır
Məqalədə: #Təhlil

Mövzu üzrə digər xəbərlər

Qadınlar niyə uşaq dünyaya gətirməkdən imtina edir?
VOA təhlil mərkəzi

Qadınlar niyə uşaq dünyaya gətirməkdən imtina edir?

17 May 23:59
Diqqət!...Səudiyyə bu şəxsləri deportasiya edəcək
Yaxın Şərq

Diqqət!...Səudiyyə bu şəxsləri deportasiya edəcək

17 May 18:12
İran kəşfiyyatı: ABŞ və İsrail Xameneini hədəf alır — Tehran “müharibə təzyiqi” altında birləşməyə çağırır
VOA təhlil mərkəzi

İran kəşfiyyatı: ABŞ və İsrail Xameneini hədəf alır — Tehran “müharibə təzyiqi” altında birləşməyə çağırır

24 Noyabr 2025 12:24
Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir
İslam və Tarix

Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir

14 Noyabr 2025 15:00

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.