8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara başlayıb

20 Avqust 2024 20:45
COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara başlayıb

Bakı. AzerVoice

Cari ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) müxtəlif istiqamətlərdə hazırlıq prosesləri davam edir.

COP29 Azərbaycan Əməliyyat Şirkətindən AzerVoice-ə verilən məlumata görə, tədbirin UNFCCC-nin protokol və standartlarına uyğun şəkildə təşkili üçün informasiya və kommunikasiya texnologiyaları (İKT) sistemlərinin fasiləsiz və qüsursuz təmin edilməsi məqsədilə texniki sınaq mərhələsinə start verilib.

Texniki Konsepsiyanın Təsdiqi (Proof of Concept – PoC) adlanan bu mərhələ COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC-nin səlahiyyətli nümayəndələrinin iştirakı ilə 19 avqust tarixində tədbir məkanı olan Bakı Stadionunda başlayıb. Sınaqların ilk günü UNFCCC nümayəndələri hazır infrastrukturlarda mövcud sistemlərlə tanış olub, iki mövcud məlumat bazası mərkəzini, eləcə də aqreqasiya və kommunikasiya otaqlarını ziyarət ediblər.

Üç həftə davam edəcək PoC mərhələsi iqlim konfransı zamanı istifadə ediləcək şəbəkə və xidmətlərin təhlükəsizliyi, funksionallığı və effektivliyi müxtəlif sınaqlar vasitəsilə yoxlanışdan keçiriləcək. Bu yoxlamalar İKT və simsiz şəbəkə xidmətlərinin təhlükəsizliyi, akkreditasiya prosesinin simulyasiya sınaqları, eləcə də kibertəhlükəsizlik sınaqları kimi bir sıra mərhələləri əhatə edəcək. Bu yoxlamalar tədbir zamanı baş verə biləcək hər hansı bir problemin qarşısının alınması üçün texniki hazırlıqların təmin edilməsinə imkan yaradaraq mümkün risklərin qiymətləndirilməsinə xidmət edir.

Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək PoC yoxlamalarına həmçinin tədbir məkanında fəaliyyət göstərəcək tərəfdaş və podratçı şirkətlərin müvafiq heyətləri də cəlb olunacaq. PoC sınaq mərhələsinin yekununda COP29 konfransında tətbiq ediləcək İKT infrastrukturunun hazırlıq səviyyəsi qiymətləndirilərək təsdiqlənəcək və sistemlərin tam işlək hala gətirilməsi təmin olunacaq.

COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara başlayıb COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara başlayıb COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara başlayıb COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara başlayıb COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara başlayıb COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara başlayıb
Məqalədə: #COP29

Mövzu üzrə digər xəbərlər

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Qətər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?

11:08
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Siyasət

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

10:17

Son Xəbərlər

Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
16:20
İthra dizayn hakatonuna qeydiyyat başlayıb
İthra dizayn hakatonuna qeydiyyat başlayıb
16:08
Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub
Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub
15:59
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.