7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb

16 Sentyabr 2024 16:56
Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb

Bakı, AzerVoice

Bakı şəhərində Azərbaycan və Pakistan arasında biznes əlaqələrinin inkişafına yönəlmiş forum keçirilib.

AzerVoice xəbər verir ki, tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Pakistan İslam Respublikasının federal ticarət naziri Cavad Pol və Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddinin çıxış ediblər.

Forum çərçivəsində B2B müzakirələri keçirilib.

Azərbaycanın İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib ki, Pakistanda Azərbaycan Ticarət Evinin və Birgə Ticarət və Sənaye Palatasının yaradılması imkanları araşdırılır.

Bəşirli qeyd edib ki, Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsi 2023-cü ildə 27 milyon ABŞ dollarına çatıb və bunun böyük hissəsini Pakistandan idxal təşkil edib, lakin qarşılıqlı ticarətin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli potensial mövcuddur.

Onun sözlərinə görə, qeyri-neft sektorunda, xüsusilə nəqliyyat, turizm və əczaçılıq sahələrində böyük potensial var.

"Pakistanda Azərbaycan Ticarət Evinin və Birgə Ticarət və Sənaye Palatasının yaradılması imkanları da araşdırılır", - Bəşirli bildirib.

O əlavə edib ki, Azərbaycan ilə Pakistan arasında dərin dostluq, qardaşlıq və müttəfiqlik əsasında möhkəm və çoxşaxəli əlaqələr mövcuddur.

"Bu sıx əlaqələr əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. 2015-ci ildə imzalanmış "Azərbaycan Respublikasının və Pakistan İslam Respublikasının Strateji Tərəfdaşlıq Üzrə Birgə Bəyannaməsi" ölkələrimiz arasındakı münasibətlərin uzunmüddətli inkişafına əhəmiyyətli töhfə verib", - nazir müavini vurğulayıb.

Bu il iyulun 11-də Pakistanda Prezident İlham Əliyevin ölkəyə səfəri zamanı yüksək səviyyədə danışıqlar aparılıb.

Səfər zamanı iqtisadi, mədəni, elmi və texnoloji sahələri əhatə edən 15 saziş imzalanıb. Bu vacib səfərin nəticəsi olaraq, əməkdaşlığımızı tənzimləyən hüquqi baza 50-dən çox imzalanmış sənəd ilə genişlənib.

Pakistan şirkətləri Azərbaycanın iqtisadiyyatında getdikcə daha mühüm rol oynayır. "8 avqust tarixinə Azərbaycanda 3,706 Pakistan şirkəti qeydiyyatdan keçib, bunlardan 3,304-ü hazırda fəaliyyət göstərir. Səylərimiz çərçivəsində Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq daha da dərinləşəcək", - Bəşirli qeyd edib.

Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb Bakıda Azərbaycan-Pakistan Biznes Forumu fəaliyyətə başlayıb
Məqalədə: #Azərbaycan-Pakistan Biznes Forumu

Mövzu üzrə digər xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib

17:00
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
Siyasət

Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub

13:46
Yəmən husilərdən təmizlənir - qubernator
Yəmən

Yəmən husilərdən təmizlənir - qubernator

13:20
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06

Son Xəbərlər

Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
20:15
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
19:43
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
19:41
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
19:39
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.