5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Kanadadan Ermənistandan qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmaq hüquqlarına hörmət etməyi tələb edirik - Qərbi Azərbaycan İcması

24 Sentyabr 2024 07:41
Kanadadan Ermənistandan qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmaq hüquqlarına hörmət etməyi tələb edirik - Qərbi Azərbaycan İcması

Bakı. AzerVoice

Biz Kanadanın xarici işlər naziri Melani Jolinin 22 sentyabr 2024-cü il tarixində verdiyi, Azərbaycana qarşı qərəz və böhtan dolu bəyanatını sərt şəkildə qınayırıq.

AzerVoice xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

"Kanadalı nazir öz bəyanatında ermənilərin Azərbaycanın Qarabağ bölgəsini guya məcburi şəkildə tərk etməsi barədə əsassız ittiham irəli sürür, Azərbaycanın ərazi bütövlüyünə zidd olan və regionda gərginlik yaratmağa xidmət edən mövqe nümayiş etdirir.

Ermənistanın bir milyon azərbaycanlını etnik təmizləməyə məruz qoymasına, Azərbaycan ərazilərini otuz il işğal altında saxlayaraq talan etməsinə və yüz minlərlə Qərbi azərbaycanlının geri qayıdışına imkan verməməsinə göz yuman Kanadanın humanitar məsələlərdən danışmağa mənəvi haqqı yoxdur.

Bütün bunlar göstərir ki, Kanada Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edərək beynəlxalq hüququn aliliyini təmin etməsini qəbul etmək istəmir və bölgədə yenidən münaqişə yaratmağa çalışır.

Artıq mövcud olmayan bir problemin həlli üçün "öz müqəddəratını təyin etmə" prinsipinə istinad edən kanadalı nazirin diqqətinə çatdırmaq istərdik ki, bu prinsip onun iddia etdiyi məsələ üçün deyil, Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıdışı və orada hüquqlarının təmin edilməsi məsələsi üçün aktualdır.

Qərbi Azərbaycan İcması olaraq, biz bu bədnam bəyanatı qətiyyətlə pisləyir və Kanada hökumətindən həmin bəyanatı geri götürməyi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə öz yurdlarına qayıtmaq hüquqlarına hörmət etməyi tələb edirik", - QAİ-dən bildirilib.

Məqalədə: #Qərbi Azərbaycan İcması

Mövzu üzrə digər xəbərlər

Göygöldə “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı keçirilib
Cəmiyyət

Göygöldə “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı keçirilib

22 İyun 20:02
Qərbi Azərbaycan İcmasında “Davamlı Sülh və Qaçqınların Qayıdış Hüququ: Beynəlxalq Hüququn Rolu” mövzusunda beynəlxalq konfrans keçirili
Cəmiyyət

Qərbi Azərbaycan İcmasında “Davamlı Sülh və Qaçqınların Qayıdış Hüququ: Beynəlxalq Hüququn Rolu” mövzusunda beynəlxalq konfrans keçirili

2 May 23:54
“Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı” kitabının təqdimatı keçirilib
Cəmiyyət

“Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı” kitabının təqdimatı keçirilib

14 Mart 13:02
Qərbi Azərbaycan İcması Xocalı soyqırımı abidəsini ziyarət edib
Cəmiyyət

Qərbi Azərbaycan İcması Xocalı soyqırımı abidəsini ziyarət edib

26 Fevral 14:56

Son Xəbərlər

BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
13:33
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.