4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

ABŞ Husilərə məxsus limanı məhv edib - Yəməndə 38 ölü, 100-dən çox yaralı

ABŞ ordusu Yəməndə Rəs İsa neft limanını məhv etdiyini bəyan edib. Husi hərəkatı 38 nəfərin öldüyünü, 102 nəfərin yaralandığını bildirir. Hədəf: İranın dəstəklədiyi husiləri zəiflətmək.

18 Aprel 2025 12:29
ABŞ Husilərə məxsus limanı məhv edib - Yəməndə 38 ölü, 100-dən çox yaralı

BAKI,AzerVoice

Yəməndəki husilər cümə günü Hudeydə vilayətindəki Qırmızı dəniz sahilində yerləşən Rəs İsa neft limanına ABŞ tərəfindən endirilən zərbələr nəticəsində ölənlərin sayının 38 nəfərə, yaralıların isə 100 nəfəri keçdiyini açıqlayıblar. Bu, ABŞ-ın İranla müttəfiq olan husi hərəkatına qarşı başladığı hücumlar fonunda ən çox insan tələfatı qeydə alınan günlərdən biri sayılır.

Husilərə bağlı "Əl-Məsirə" telekanalı Hudeydə Səhiyyə İdarəsinə istinadən bildirib ki, "Rəs İsa neft obyektinə qarşı ABŞ-ın həyata keçirdiyi təcavüz aktı nəticəsində 38 işçi və əməkdaş şəhid olub, 102 nəfər isə yaralanıb. Bu, hələlik qeyri-son nəticədir".

Eyni kanalda cümə günü səhər tezdən yayımlanan və "ABŞ-ın Rəs İsa limanına hücumunun ilk görüntüləri" kimi təqdim olunan kadrda gəmi olan ərazidə alov topunun parlaması və ardınca qalın tüstü sütunlarının havaya qalxması müşahidə olunur. Husilər həmin gün ABŞ-ın hava zərbələrinə etiraz və Qəzzadakı fələstinlilərə dəstək məqsədilə etiraz aksiyaları keçirdiklərini də bəyan ediblər.

ABŞ ordusunun açıqlaması

Digər tərəfdən, ABŞ ordusu Rəs İsa neft limanının məhv edildiyini təsdiqləyib. ABŞ Mərkəzi Komandanlığının "X" (əvvəlki Twitter) platformasında yaydığı bəyanatda bildirilib:

“ABŞ qüvvələri bu obyektə qarşı əməliyyat keçirdi. Bu, İranın dəstəklədiyi husi terrorçularına yanacaq və maliyyə gəliri təmin edən mənbə idi. Hədəf, onların on ildən artıqdır ki, bölgəni terrora çevirən fəaliyyətlərinə son qoymaq və qeyri-qanuni gəlirlərdən məhrum etmək məqsədi daşıyır”.

Hərbi əməliyyatlar davam edir

15 mart tarixində Vaşinqton Qırmızı dəniz və Ədən körfəzində gəmilərə qarşı hücumları dayandırmaq məqsədilə husilərə qarşı hərbi əməliyyatlara başladığını elan etdikdən sonra, onların nəzarətindəki ərazilər demək olar ki, hər gün hava zərbələrinə məruz qalır. ABŞ bu hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Husilərin bu hücumlara cavabı isə İsrailin Qəzzaya qarşı həyata keçirdiyi blokada və hücumlara görə beynəlxalq dənizçilik hədəflərinə qarşı təhdidləri yenidən gündəmə gətirmək olub. Belə ki, 18 martda İsrail iki ay davam edən atəşkəsi pozaraq Qəzzaya qarşı hücumlarını bərpa etdikdən sonra, husilər də ABŞ və İsrailə məxsus hərbi gəmilərə qarşı hücumlarını davam etdirəcəklərini bəyan ediblər.

İsrəilə və beynəlxalq gəmilərə qarşı hücumlar

7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailin cənubuna hücumundan sonra başlayan İsrail-Qəzza müharibəsi fonunda husilər onlarla raket hücumu həyata keçirib. Onlar bu hücumların həm İsrailə, həm də Qırmızı dənizdə ona bağlı gəmilərə qarşı olduğunu bildiriblər.

İsrail ordusu cümə günü səhər bir daha Yəməndən atılmış bir raketin havada qarşılandığını elan edib.

ABŞ prezidenti Donald Tramp isə husiləri məhv etməklə hədələyib və İrana onların dəstəyini davam etdirməmək barədə xəbərdarlıq edib. Trampın bəyanatına paralel olaraq ABŞ cümə axşamı Yəmənə qarşı yeni sanksiyalar tətbiq edib – bunlara Beynəlxalq Yəmən Bankı və onun yüksək səviyyəli rəhbərləri də daxildir. Vaşinqton bankı husilərə dəstək verdiyi üçün hədəf aldığını bildirib.

ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, Beynəlxalq Yəmən Bankına qarşı tətbiq olunan sanksiyalar İranın dəstəklədiyi husilərin Qırmızı dənizdəki ticarət gəmilərinə hücumlarını dayandırmaq məqsədilə hökumət səylərinin davamıdır.

Fransa da hərəkətə keçib

Fransa müdafiə naziri Sebastyan Lekornu cümə axşamı axşam saatlarında açıqlama verərək bildirib ki, Fransa donanmasına məxsus freqat Yəməndən buraxılan bir pilotsuz uçuş aparatını (PUA) məhv edib. O, “X” platformasında yazıb: “Silahlı qüvvələrimiz dənizdə azad hərəkətliliyin təmin olunması öhdəliyinə sadiqdir”.

Məqalədə: #Yəmən #Yəməndə Husiilər 2025 #Yəmən atəşkəsi pozuldu #Husiilərin Yəməndə hərbi planları #Husilər və ABŞ münasibətləri #Husilər Yəmənin sabitliyini necə pozurlar? #Rəs İsa limanı #ABŞ hücumu #Hudeydə #Beynəlxalq Yəmən Bankı #pilotsuz aparat #İsrailə raket #ABŞ Rəs İsa limanını niyə vurdu? #Husilərə qarşı ABŞ hərbi əməliyyatı 2025 #Qəzza dəstəyi üçün hücumlar #İranın dəstəklədiyi husilər #İsrail-HƏMAS müharibəsi və Yəmən reaksiyası

Mövzu üzrə digər xəbərlər

Yəməndə ərzaq böhranı dərinləşir
Yəmən

Yəməndə ərzaq böhranı dərinləşir

3 Sentyabr 12:55
İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu
Rəy

İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

3 Sentyabr 09:48
Yəmən hökuməti nəzarətindəki hava limanlarının fəaliyyətini qiymətləndirir
Yəmən

Yəmən hökuməti nəzarətindəki hava limanlarının fəaliyyətini qiymətləndirir

2 Sentyabr 16:13
Yəmən İŞİD terror təşkilatının rəsmi sözçüsünün məhv edildiyini açıqlayıb
Yəmən

Yəmən İŞİD terror təşkilatının rəsmi sözçüsünün məhv edildiyini açıqlayıb

2 Sentyabr 09:48

Son Xəbərlər

Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu yenidən 51 həddinə yaxınlaşıb
Misir funtu yenidən 51 həddinə yaxınlaşıb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.