5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Hakan Fidan Suriya və İordaniya XİN-ləri ilə görüşə ev sahibliyi edəcək

11 May 2025 14:32
Hakan Fidan Suriya və İordaniya XİN-ləri ilə görüşə ev sahibliyi edəcək

BAKI, AzerVoice

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan sabah Ankarada keçiriləcək Türkiyə-İordaniya-Suriya Xarici İşlər Nazirləri Toplantısına ev sahibliyi edəcək.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, toplantıya İordaniyanın Xarici İşlər Naziri Əymən əs-Səfədi və Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani qatılacaq.

Görüşdə bölgədəki son hadisələr və regional təhlükəsizlik müzakirə olunacaq. Hakan Fidan toplantıda, Suriya hökumətinin ölkədə təhlükəsizlik və sabitliyi gücləndirməyə yönəlmiş səylərinə Türkiyənin güclü dəstəyinin davam edəcəyini vurğulayacaq.

Toplantıda müzakirə olunacaq əsas mövzulardan biri də İsrailin Suriyaya və bölgədəki digər ölkələrə qarşı göstərdiyi aqressiv siyasət olacaq.

Fidan, bölgənin gələcəyində heç bir terror təşkilatına yer olmadığını qeyd edərək, Türkiyənin bu mövzuda qətiyyətli və prinsipial mövqe tutduğunu bəyan edəcək.

Fidan, terrorizm də daxil olmaqla ortaq problemlərin həllində “bölgə problemlərinə bölgə həlləri” prinsipinin əsas götürülməsinin vacibliyini bildirəcək və qonşu ölkələr arasında həmrəylik və əməkdaşlığın əhəmiyyətinə toxunacaq.

O, həmçinin vurğulayacaq ki, Suriya və qonşu ölkələrin terrorla mübarizədə əməkdaşlığı həm bölgə, həm də qlobal təhlükəsizlik baxımından mühüm rol oynayacaq.

Toplantı çərçivəsində Hakan Fidanın həm iordaniyalı, həm də suriyalı həmkarları ilə ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.

Məqalədə: #Türkiyə #Hakan Fidan #Türkiyə XİN #Suriya #İordaniya #Əsəd Həsən Şeybani #Əymən əs-Səfədi #Suriya Xarici İşlər Nazirliyi

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

4 Sentyabr 17:14
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.