7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

"Silahlar danışmasa da, Hizbullahın mediası danışır: Ərəb ölkələri hədəfdə"

Ad çəkilməsə də, bəyanatın hədəfi, açıq şəkildə İran yönümlü "müqavimət mediası" idi.

13 May 2025 12:00
"Silahlar danışmasa da, Hizbullahın mediası danışır: Ərəb ölkələri hədəfdə"

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Livan Prezidenti Aparatının Mətbuat Xidməti son günlərdə bəzi yerli media orqanlarında və sosial şəbəkələrdə ərəb ölkələrinə qarşı yayımlanan tənqid və təhqir xarakterli materiallara qarşı sərt reaksiya verdi. Bəyanatda jurnalistlər milli, hüquqi və etik məsuliyyətə çağırıldı, xüsusilə dost və qardaş ərəb ölkələrinə qarşı təxribat xarakterli informasiyalardan çəkinməyə çağırış edildi.

İTTİHAMLAR "MÜQAVİMƏT" MEDİASINA , YƏNİ HİZBULLAHA YÖNƏLİR
Ad çəkilməsə də, bəyanatın hədəfi, açıq şəkildə İran yönümlü "müqavimət mediası" idi. Bu media qurumları Livanla ərəb ölkələri arasında son vaxtlar müşahidə olunan siyasi yaxınlaşmanı pozmaq üçün fəaliyyətdə ittiham olunur. Xüsusilə də Hizbullahın silahsızlaşdırılması və dövlətin suverenliyi istiqamətindəki çağırışların gücləndiyi bir dövrdə bu media vasitələrinin ərəb ölkələrini hədəf alması təsadüfi sayılmır.

SİLAH MƏSƏLƏSİ ƏTRAFINDA YENİ GƏRGİNLİK
Mənbələrə əsasən, Livanda Hizbullahın silahlarının dövlətin nəzarətinə verilməsi mövzusu yenidən aktuallaşıb. Bu çağırışlar, Prezident Cozef Aunun seçilməsi və Nəvvaf Salamın hökumət başçısı təyin olunması ilə paralel olaraq artıb. Hizbullah isə bu prosesə media üzərindən cavab verir, ərəb ölkələrinə yönəlik tənqid və ittihamları gücləndirir.

“SİLAHIN SƏNİ QORUYUR” – YENİ PROPAGANDA KAMPANİYASI
Hizbullaha bağlı “Əl-Manar” televiziyası yeni vizual kampaniya başladıb: “Silahın atındır – onu qorusan, o da səni qoruyar”. Şüar altında hazırlanan posterlər, sosial media paylaşımları və açıq təbliğatlar, beynəlxalq ictimaiyyətin silahsızlanma tələblərinə qarşı çıxış kimi qiymətləndirilir.

SİYASİ LİDERLƏRİN MÜDAFİƏSİ VƏ MEDİA HÜCUMLARI
Hizbullahın tanınmış simalarından olan deputat Həsən Fəzzullah medianı hədəfə alaraq, silahsızlanma mövzusunda yayılan məlumatları "təxribat və psixoloji müharibə" adlandırıb. Hizbullahın əlaqə və koordinasiya bölməsinin rəhbəri Vəfiq Safa isə çıxışında deyib: “Silahsızlanma yalnız sosial şəbəkələrdəki spekulyasiyalarda var.” Onun fikrincə, bu mövzu yalnız İsrailin Livan ərazisindən tam çəkilməsi və orduya dəstək strategiyası qurulduqdan sonra müzakirə edilə bilər.

HİZBULLAH RƏHBƏRLİYİNDƏN HƏDƏLƏR
Hizbullahın Siyasi Şurasının sədr müavini Mahmud Qamati isə bir qədər də sərt çıxış edərək “müqavimət silahına uzanan hər əli kəsəcəyik” deməklə dolayısıyla silah məsələsini müzakirə edənlərə qarşı açıq təhdid ifadə edib. Daha sonra bu ifadələrinin silahsızlanmanı dəstəkləyənlərə yönəldiyini açıqlayıb.

MƏDİA ÜZƏRİNDƏ DAİMİ TƏZYİQLƏR
Fevral ayında da Hizbullah deputatı İbrahim Musəvi “Əl-Manar” kanalına verdiyi müsahibədə Livan mediasını “vəziyyəti düzgün təqdim etməməkdə” ittiham etmiş, bəzi telekanalları “düşmənin təbliğatına xidmət etməkdə” suçlamışdı. Xüsusilə Cənub bölgəsindəki dağıntıların işıqlandırılmasını “müqavimətin nüfuzuna zərbə” kimi qiymətləndirmişdi.

DAXİLİ MÜQAVİMƏTƏ MESAJ VERMƏK CƏHDİ
Siyasi təhlilçilərə görə, bu media hücumları əslində Hizbullahın daxili auditoriyasına ünvanlanmış mesajlardır. Çünki partiya artıq beynəlxalq və regional səviyyədə silahsızlanmanın qaçılmaz olduğunun fərqindədir. Ona görə də hazırda baş verənlər “daxili auditoriyanı psixoloji olaraq bu reallığa hazırlamaq” üçün atılan addımlar kimi şərh edilir.

Ərəb dünyasının Livanla əlaqələrini normallaşdırmaq səyləri davam edir. Prezident Cozef Aun və Baş nazir Nəvvaf Salam bu istiqamətdə konstruktiv dialoqu dəstəkləyirlər. Hizbullah isə dəyişən geosiyasi reallıqlar qarşısında, öz varlığını qorumaq məqsədilə informasiya cəbhəsində mövqe sərtləşdirməyə üstünlük verir. Lakin dövlətin suverenliyi və beynəlxalq təzyiqlər fonunda Hizbullahın silahlarının nəzarət altına alınması məsələsi artıq yalnız daxili müzakirə deyil, regional təhlükəsizlik gündəminin ayrılmaz hissəsinə çevrilib.

Məqalədə: #Beyrut #Hizbullah #hizb #Hizbullah tərəfdarlarının etirazı #Beyrut hava limanı yollar bağlandı #İran və Hizbullah əlaqələri #İsrailin Hizbullah ittihamları #İsrail və Hizbullah qarşıdurması #İsrail və Hizbullah müharibəsi #Hizbullah və Livan hökuməti #Beyrut hava limanı etirazları #Hizbullahın siyasi strategiyası #Hizbullahın Livandakı rolu #Hizbullah liderinin dəfni #Cozef Aun #Livan Prezidenti Cozef Aun və sərhəd təhlükəsizliyi #Hizbullahın sərhəd gərginliyinə reaksiyası #İran və Hizbullah dəstəyi #Hizbullah və İran #İran Hizbullah əməkdaşlığı #Hizbullah və İran Suriyada nə qədər güclüdür? #Hizbullah və Suriya münaqişəsi #Hizbullah Briqadaları və Nücəba Hərəkatı kimlərdir? #Hizbullahın hərbi arsenalı #Hizbullah və Əl-Əmal Hərəkatı #Hizbullahın silahsızlaşdırılması #Cözef Aun və Hizbullah #Cözef Aunun Hizbullah təklifi necə qarşılanır? #Beyrut limanı ilə oxşarlıq

Mövzu üzrə digər xəbərlər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?

6 Sentyabr 15:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Livan

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib

6 Sentyabr 11:52
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.