7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Qəzzada 14 min körpə aclıq və dərman çatışmazlığı səbəbilə təhlükədə

20 May 2025 18:00
Qəzzada 14 min körpə aclıq və dərman çatışmazlığı səbəbilə təhlükədə

BAKI, AzerVoice

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Baş katibinin müavini Tom Fleçer, Qəzza zolağında davam edən humanitar böhranın kritik həddə çatdığını açıqlayıb.

AzerVoice-un məlumatına görə, Fletçer bildirib ki, bölgəyə 48 saat ərzində təcili humanitar yardım çatdırılmazsa, 14 min körpənin həyatını itirmə riski var.

BMT-nin Humanitar Yardım Koordinasiya Ofisinin rəsmiləri bu gün Qəzzaya təxminən 100 yardım maşınının daxil olmasına icazə verildiyini bildiriblər. Lakin 11 həftədir blokada altında olan bölgənin ehtiyaclarını bu yardımların qarşılamadığı vurğulanıb.

BBC Radiosuna açıqlama verən Fletçer, sərhəddə gözləyən ərzaq və tibbi ləvazimatların hələ də mülki əhaliyə çatdırılmadığını deyib. Xüsusilə uşaq qidası çatışmazlığının kritik səviyyəyə çatdığını qeyd edən Fletçer, iki gün ərzində yardım çatmasa minlərlə körpənin həyatı təhlükə altına düşəcək, deyə xəbərdarlıq edib.

BMT Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) sözçüsü Jens Laerke isə Cenevrədə keçirilən mətbuat konfransında bildirib ki, dünən Qəzzaya 9 yardım maşınının girişinə icazə verilsə də, onlardan yalnız beşiəraziyə keçə bilib.

Laerke əlavə edib ki, bu gün daha çox yardım maşını üçün müraciət edilib və təxminən 100 nəqliyyat vasitəsinə icazə verilib. Lakin 4 maşın logistik səbəblərdən keçidi reallaşdıra bilməyib.

Yardım maşınlarının əsasən uşaq qidaları və körpə mamaları ilə yükləndiyini deyən Laerke, həmin 5 maşının hazırda hələ də İsrail nəzarəti altında olduğunu və yoxlamaların son mərhələsində olduğunu bildirib.

Məqalədə: #İsrail #Fələstin #Qəzza zolağı #BMT #İsrail ordusu #Qəzzada humanitar böhran #BMT-nin İnsan Hüquqları

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
12:06
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
11:59
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
11:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.