8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

"Əl-Qəssamın kölgə şəbəkəsinin qurucusu" - Məhəmməd əs-Sinvar İsrailin yeni hədəfi oldu

Məhəmməd, oktyabr 2024-də İsrail ordusu ilə qarşıdurmada öldürülən "HƏMAS" lideri Yəhya əs-Sinvarın kiçik qardaşı idi və 2023-cü ilin 7 oktyabrında başlanan “Əl-Əqsa Tufanı” hücumunun arxasındakı əsas fiqur sayılırdı.

21 May 2025 17:49
"Əl-Qəssamın kölgə şəbəkəsinin qurucusu" - Məhəmməd əs-Sinvar İsrailin yeni hədəfi oldu

BAKI,AzerVoice – Fələstinli iki mənbənin verdiyi məlumata görə, HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın önəmli komandirlərindən Məhəmməd əs-Sinvar, bir həftə əvvəl Qəzza zolağının cənubunda, Xan Yunisin şərqindəki Avropa Xəstəxanası ətrafında baş verən hava zərbəsi nəticəsində bir neçə digər komandirlə birlikdə yeraltı tuneldə öldürülüb.

Məhəmməd, oktyabr 2024-də İsrail ordusu ilə qarşıdurmada öldürülən "HƏMAS" lideri Yəhya əs-Sinvarın kiçik qardaşı idi və 2023-cü ilin 7 oktyabrında başlanan “Əl-Əqsa Tufanı” hücumunun arxasındakı əsas fiqur sayılırdı.

Tuneldə axtarış və təsdiq

İlk mənbənin bildirdiyinə görə, "HƏMAS" Məhəmməd əs-Sinvarın ailəsinə onun ölümünü iki gün əvvəl rəsmi şəkildə bildirib. Qrup, tunelə xüsusi qrup göndərərək dağıntılar altında qalan cəsədlər arasında axtarış aparıb və əs-Sinvarla birgə bir neçə sahə komandirinin də öldüyünü təsdiqləyib. Onların cəsədləri başqa bir tunelə köçürülüb, orada kəfənlənib, lakin təhlükəsizlik səbəbilə yeraltından yerüstünə çıxarılmayıb.

Bütün heyət öldürülüb

Digər HƏMAS mənbəsi də Məhəmməd əs-Sinvarın öldüyünü təsdiqləyib və bildirib ki, onunla birgə "Rəfah briqadasının" komandiri Məhəmməd Şəbanə və adları açıqlanmayan digər briqada komandirləri də həlak olublar. Qeyd olunub ki, onlar tunelə hücumdan yalnız üç gün əvvəl daxil olmuşdular və qısa müddət sonra oranı tərk etməli idilər, lakin bu gecikdi və nəticədə ölümlə nəticələndi.

Koordinasiya zirvəsi və təhlükəsizlik boşluğu

Məlumatlara görə, həmin gün Xan Yunisin qərb briqada komandiri Mehdi Kəurə də hava hücumu nəticəsində öldürülüb. O, tuneldə deyildi, lakin tunelin bir girişi olduğu ehtimal edilən evdə hədəf alınıb.

Hücum zamanı tunelin bütün giriş və çıxışları, eləcə də evlərdəki şübhəli keçidlər ağır bombardmana məruz qalıb.

Əl-Qəssamın yüksək rütbəli komandirlərinin bir yerdə toplanması isə suallar doğurub. Halbuki son dövrlərdə “təkbaşına hərəkət et” əmri verilmişdi və rəhbərlər yalnız bir-iki etibarlı vasitəçi ilə əlaqədə qalmalı idilər.

Məhəmməd əs-Sinvarın öldürülməsi, ABŞ Prezidenti Donald Trampın bölgəyə səfəri ilə eyni vaxta təsadüf edib. Həmin gün HƏMAS ABŞ vətəndaşı olan israilli əsgər Eydan Aleksandrı azad etmişdi və bu addım Trampın səfərinə jest kimi dəyərləndirilmişdi.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Yəhya Sinvar #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Humanitar fəlakət Qəzza #BMT-nin Qəzza hesabatı

Mövzu üzrə digər xəbərlər

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Qətər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?

11:08
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Siyasət

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Siyasət

Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir

10:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.