7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Maya sivilizasiyasına aid 3000 illik şəhər üzə çıxıb

30 May 2025 18:00
Maya sivilizasiyasına aid 3000 illik şəhər üzə çıxıb

BAKI, AzerVoice

Qvatemalada 3000 illik qədim Maya şəhərinin qalıqları tapılıb.

AzerVoice xəbər verir ki, Qvatemalanın Peten bölgəsində yerləşən sıx meşəlik ərazidə eramızdan əvvəl 800-500-cü illərə aid olan qədim Maya şəhərinin qalıqları aşkar edilib.

“Los Abuelos” (“Böyük Valideynlər”) adlandırılan bu arxeoloji tapıntı dövrün ən erkən mərasim və ictimai-siyasi mərkəzlərindən biri hesab olunur.

Qvatemala Mədəniyyət Nazirliyinin yaydığı açıqlamaya görə, 16 kvadrat kilometr sahəyə yayılan bu şəhərdə 33 metr hündürlüyündə piramida, unikal kanal sistemi, monumental tikililər və Preklassik dövrə aid divar rəsmləri üzə çıxarılıb. Ərazidə aşkarlanan və əcdadları simvolizə etdiyi deyilən iki insanabənzər heykəl şəhərə ad verən əsas detaldır.

Qazıntılar Qvatemala və Slovakiyadan olan arxeoloqlar tərəfindən aparılıb. Tədqiqatçılar bildirirlər ki, Los Abuelos və yaxınlıqdakı iki yaşayış məskəni birgə “naməlum şəhər üçbucağı” yaradır və bu tapıntılar Maya sivilizasiyasının erkən mərhələlərinə dair mövcud anlayışları dəyişə bilər.

Qeyd edək ki, bu kəşfdən əvvəl, aprel ayında Peten bölgəsində yerləşən Tikal şəhərində Meksikanın Teotihuacan mədəniyyətinə aid min illik qurbangah da tapılmışdı. Bu tapıntı iki qədim mədəniyyət arasında əlaqələrin olduğunu göstərmişdi.

Məqalədə: #arxeoloji tapıntılar #Qvatemala #Maya və Aztek piramidaları #Maya şəhərinin qalıqları #Maya sivilizasiyası

Mövzu üzrə digər xəbərlər

Viking uşaqları - Qısa ömür, ağır məsuliyyət və erkən yetkinlik
Maraqlı faktlar

Viking uşaqları - Qısa ömür, ağır məsuliyyət və erkən yetkinlik

8 Oktyabr 2025 03:00
Çində 200 milyon illik yeni dinozavr növü tapılıb
Digər Xəbərlər

Çində 200 milyon illik yeni dinozavr növü tapılıb

9 Avqust 2025 17:00
Türkiyə arxeologiya sahəsində dünya lideridir – Ərdoğan
Türkiyə

Türkiyə arxeologiya sahəsində dünya lideridir – Ərdoğan

6 Avqust 2025 16:12
2025-ci ildə Türkiyədə aparılan qazıntılarda 10 mühüm arxeoloji kəşf
Türkiyə

2025-ci ildə Türkiyədə aparılan qazıntılarda 10 mühüm arxeoloji kəşf

3 Avqust 2025 16:28

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.