7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Netanyahu məhkəmədə heç nəyi xatırlamadığını iddia edir

İsrail Baş naziri Benyamin Netanyahunun korrupsiya, vəzifədən sui-istifadə və dələduzluq ittihamları ilə mühakimə olunduğu “1000-ci iş” (hədiyyə işi) çərçivəsində çərşənbə axşamı ona qarşı qarşılıqlı dindirilmə mərhələsi başlayıb.

3 İyun 2025 22:00
Netanyahu məhkəmədə heç nəyi xatırlamadığını iddia edir

BAKI,AzerVoice

İsrail Baş naziri Benyamin Netanyahunun korrupsiya, vəzifədən sui-istifadə və dələduzluq ittihamları ilə mühakimə olunduğu “1000-ci iş” (hədiyyə işi) çərçivəsində çərşənbə axşamı ona qarşı qarşılıqlı dindirilmə mərhələsi başlayıb.

“Yedioth Ahronoth” qəzetinin məlumatına görə, Netanyahu bu iş üzrə 29 dinləmədən sonra prokurorluğun suallarına cavab verməyə başlayıb. Prosesdə ona əsasən lüks hədiyyələrlə bağlı ittihamlar yönəlib.

Prokurorlar Netanyahu-dan polis tərəfindən 2017-ci ildə başlanmış istintaq barədə əvvəlcədən məlumatlı olub-olmaması barədə soruşublar. Netanyahu isə “çox məşğul olduğunu” və bu səbəbdən bəzən xatırlamadığını bildirib.

Müdafiə tərəfi Netanyahu-nun ifadələrinin tutarlı olmadığını deyərək onun 1788 dəfə “Xatırlamıram” cavabı verdiyini vurğulayıb. Netanyahu isə “yalnız həqiqəti söylədiyini”, lakin bəzi köhnə hadisələri xatırlamadığını deyib.

Prokurorluq həmçinin Netanyahu-dan Hollivud prodüseri Arnon Milchan və avstraliyalı milyarder Ceyms Packer-dən aldığı hədiyyələr barədə suallar verib. Netanyahu bu suallara da “Xatırlamıram” deyərək cavab verib.

Məhkəmə prosesinin ilin sonuna qədər davam edəcəyi gözlənilir. Prokurorluq bu mərhələdə Netanyahu-nun əvvəlki ifadələri ilə ziddiyyət yaradan cavablar verməsindən istifadə edərək, onu çətin vəziyyətə sala biləcəyini bildirib.

Məqalədə: #Benyamin Netanyahu #Netanyahu #Tramp və Netanyahu münasibətləri #Benyamin Netanyahu HƏMAS siyasəti #Sisi Netanyahu əlaqələri #Netanyahu HƏMAS açıqlaması #Netanyahu İran siyasəti #Netanyahuya Trampdan təzyiq

Mövzu üzrə digər xəbərlər

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Fələstin

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?

4 Sentyabr 18:51
İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu
Digər Dövlətlər

İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

3 Sentyabr 22:01
İsrail silahlı qruplarla əlaqəsi aşkarlanmayan beş Livan vətəndaşını azad edib
Livan

İsrail silahlı qruplarla əlaqəsi aşkarlanmayan beş Livan vətəndaşını azad edib

3 Sentyabr 18:44

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.