6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

ABŞ Yaxın Şərqdən Diplomatik və Hərbi Ailələri Təxliyə Edir

ABŞ administrasiyası, Yaxın Şərqdə artan regional gərginliklər fonunda bəzi diplomatik nümayəndəliklərdən və hərbi bazalardan qeyri-zəruri personal və hərbçi ailələrinin təxliyəsinə başlayıb.

12 İyun 2025 09:25
ABŞ Yaxın Şərqdən Diplomatik və Hərbi Ailələri Təxliyə Edir

BAKI, AzerVoice

ABŞ administrasiyası, Yaxın Şərqdə artan regional gərginliklər fonunda bəzi diplomatik nümayəndəliklərdən və hərbi bazalardan qeyri-zəruri personal və hərbçi ailələrinin təxliyəsinə başlayıb.

AzerVoice xəbər verir ki, bu addım həm ABŞ Dövlət Departamenti, həm də Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib.

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü mətbuata verdiyi açıqlamada bu təxliyələrin təhlükəsizlik məqsədi ilə həyata keçirildiyini bildirib

“Onları oradan çıxarırıq, çünki orası təhlükəli bir yer ola bilər” – deyə Tramp vurğulayıb.

Gərginliyin əsas səbəbi tam olaraq açıqlanmasa da, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) rəsmiləri Yaxın Şərqdəki risklərin yüksəldiyini və bu prosesi yaxından izlədiklərini qeyd edir.

Müdafiə naziri Pit Heqset müxtəlif hərbi bazalardan ailələrin könüllü təxliyyəsinə icazə verib. Rəsmi şəxslər bildirir ki, ABŞ-ın bu addımı hərbçilərin və onların ailələrinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

CENTCOM-un rəhbəri general Maykl Kurilla bölgədəki gərginliyin artması səbəbindən Senatda planlaşdırılmış çıxışını təxirə salıb.

ABŞ Dövlət Departamenti tərəfindən verilən açıqlamaya əsasən, İraq, Bəhreyn və Küveytdəki səfirliklər, eləcə də Erbildəki konsulluqdan qeyri-zəruri personal geri çağırılır. Lakin İraq rəsmiləri bu qərarın ölkədəki daxili təhlükəsizliklə birbaşa əlaqəsi olmadığını bildiriblər.

Tramp, verdiyi müsahibədə İranla nüvə razılaşmasına dair ümidlərinin gündən-günə azaldığını bildirib.

“Hər keçən gün bu məsələ ilə bağlı daha az ümidli oluram. Sanki ləngidirlər və bu, məni kədərləndirir”- deyə o bildirib.

Məqalədə: #ABŞ #Donald Tramp #ABŞ Dövlət Departamenti #Yaxın Şərq #CENTCOM #İsrail və ABŞ-ın Yaxın Şərq strategiyası #Pit Heqset #ABŞ Müdafiə Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Filmoskop

Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?

10:00
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Tarixdə bu gün

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?

00:10
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
11:52
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.