10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

"7 Oktyabr"ın liderlərindən kimlər sağ qaldı?

2023-cü il oktyabrın 7-də HƏMAS-ın "Əqsa Tufanı" adlandırdığı hücumun başladığı anlarda təşkilatın xaricdəki bəzi liderlərinin bir ofisdə televiziya qarşısında "şükür səcdəsi" etdikləri video yayıld

13 İyun 2025 09:00
"7 Oktyabr"ın liderlərindən kimlər sağ qaldı?

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

2023-cü il oktyabrın 7-də HƏMAS-ın "Əqsa Tufanı" adlandırdığı hücumun başladığı anlarda təşkilatın xaricdəki bəzi liderlərinin bir ofisdə televiziya qarşısında "şükür səcdəsi" etdikləri video yayıldı. Bu görüntülər ictimaiyyət arasında hücumun planlaşdırılması və liderlərin öncədən məlumatlı olması ilə bağlı suallar doğurdu.

Videoda görünən əsas fiqurlar arasında HƏMAS-ın keçmiş siyasi büro rəhbəri İsmayıl Haniyyə, onun müavini Saleh əl-Aruri, Xalid Məşəl və Xəlil əl-Həyyə də yer alırdı. Lakin HƏMAS-dakı mənbələr bu liderlərin əksəriyyətinin hücum barədə ətraflı məlumata malik olmadığını, yalnız "məhdud hərbi qarşıdurma" ehtimalından xəbərdar olduqlarını bildiriblər.

Görüntü harada çəkilmişdi?

Yayımlanan səhnələrin Türkiyədə yerləşən HƏMAS ofisində lentə alındığı müəyyən edilib. Mənbələr bildirir ki, bu liderlər hücum üçün deyil, İraq, İran, Küveyt və Oman da daxil olmaqla bir sıra ölkələrə diplomatik səfərlər öncəsi toplanmışdılar.

Fələstin muxtariyyəti isə HƏMAS-ın bu diplomatik fəallığını özünü Fələstin Azadlıq Təşkilatına alternativ olaraq göstərmək cəhdi kimi dəyərləndirmişdi. HƏMAS isə bunu rədd etmişdi.

Kimlər nə qədər məlumatlı idi?

İlk saatlarda xarici liderlər Qəzzadakı əlaqədar şəxslərlə əlaqə saxlayaraq "nə baş verdiyini" soruşublar. Cavablar isə ya "bilmirik", ya da "aydın deyil" kimi olmuşdu. Bir neçə liderə isə hücumdan əvvəl evlərini tərk edərək təhlükəsiz bölgələrə getmələri tapşırılmışdı.

Siyasi rəhbərlik - İsmayıl Haniyyə

Siyasi rəhbər kimi Haniyyənin hücum haqqında geniş məlumatı olmayıb. O, sonradan İsrail tərəfindən 2024-cü ilin iyulunda Tehranda qətlə yetirilib.

Yəhya Sinvar

Hücumun ən çox onunla əlaqələndirildiyi şəxsdir. HƏMAS-ın Qəzzadakı rəhbəri olaraq hücumu idarə edib və bütün detallardan xəbərdar olub. 2024-cü ilin oktyabrında Rafahda döyüş zonasında İsrail qüvvələri tərəfindən təsadüfi olaraq öldürülüb.

Xəlil əl-Həyyə

Sinvarın müavini olan əl-Həyyə bəzi detallardan məlumatlı olub, lakin tam şəkildə deyil. O, hazırda HƏMAS-ın siyasi ofisinə rəhbərlik edir və danışıqları aparır.

Saleh əl-Aruri

Əsas planla bağlı geniş bilgisi olmayan liderlərdən idi. 2024-cü ilin yanvarında Livanda İsrail hücumu ilə qətlə yetirilib.

Ruhi Muştəha

Hücumun zamanlaması və istiqamətindən xəbərdar olan nadir mülki liderlərdən biri olub. 2024-cü ilin avqustunda öldürülüb.

Nizar Əvədullah

Siyasi qərar prosesində nisbi bilgilərə malik olub. Hal-hazırda gizli şəkildə danışıqlara rəhbərlik edir.

Hərbi rəhbərlik - Məhəmməd Deyf

“Qəssam” briqadasının rəhbəri olaraq hücumun baş icraçılarından biri idi. O, 2024-cü ilin iyulunda illərdir davam edən izləmələrdən sonra İsrail tərəfindən öldürülüb.

Məhəmməd Sinvar

Yəhya Sinvarın qardaşı və hücumun əsas ideya müəllifi. Qəssamın əməliyyat rəhbəri idi. 2024-cü ilin yayında tunelə edilən hücum nəticəsində qətlə yetirilib.

Mərvan İsa

Qəssamın ikinci adamı və hücumun arxitektorlarından biri idi. Xərçəng xəstəliyindən əziyyət çəksə də, 2024-cü ilin martında tuneldə öldürülüb.

Qəssam briqadalarının komandanları

Öldürülənlər:

• Əhməd əl-Qəndur (şimal)

• Əyman Nufəl (mərkəz)

• Rafiq Səlamə (Xan Yunis)

Qalanlar:

• Məhəmməd Şəbana (Rəfah): aqibəti bəlli deyil

• İzzəddin əl-Həddad (Qəzza): hələ də İsrailin axtarışındadır

Əl-Həddad "Qəssam" daxilində "hərbi tülkü" ləqəbi ilə tanınır və yüksək gizlənmə qabiliyyəti sayəsində hələ də İsrail qüvvələrindən yayınır. Mənbələr onun şəxsi olaraq Yasin-105 tipli raketlərin istehsalına nəzarət etdiyini bildirir.

Məqalədə: #Qəzza zolağı #HƏMAS #Fələstinə dəstək yürüyüşü #Qəzza hücumu #Fələstinlilərin məcburi köçü #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #HƏMAS və Hizbullah əlaqələri #Qəzzanın yenidən qurulması #Fələstinli məhbuslar #Fələstin və beynəlxalq yardım #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #HƏMAS girovları #Qəzzanın işğalı #İsrail və Fələstin münaqişəsi 2025 #Qəzza sakinlərinin köçü #İran və HƏMAS əlaqələri #Fələstin Qızıl Aypara Cəmiyyəti #İsrail Fələstin münaqişəsi #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #7 oktyabr hücumu HƏMAS #Əqsa Tufanı əməliyyatı #HƏMAS liderləri kimdir #Yəhya Sənvar öldürüldü #İsmayıl Haniyyə qətlə yetirildi #Məhəmməd Zeyf kimdir #HƏMAS hərbi qanadı #Qəssam briqadaları rəhbərləri #7 oktyabr hücumunun memarları #HƏMAS və İsrail arasında müharibə #İsrail HƏMAS liderlərini necə öldürdü #2023 Qəzza hücumu #HƏMAS rəhbərliyi və planlar #Qəzzada HƏMAS komandirləri #Saleh əl-Aruri niyə hədəf alındı #HƏMAS və İran əlaqəsi #HƏMAS-ın siyasi qanadı #HƏMAS-ın gizli əməliyyatları #HƏMAS liderlərinin aqibəti #Əzzəddin əl-Həddad haradadır #İsrailin HƏMAS-ı zəiflətmə strategiyası

Mövzu üzrə digər xəbərlər

İraq Hizbullahınnı Sinqapurda terror  planı ifşa olunub
İraq

İraq Hizbullahınnı Sinqapurda terror planı ifşa olunub

17:03
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Liviya

Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?

16:45
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

13:49

Son Xəbərlər

Liviya və İtaliya hərbi əməkdaşlığı genişləndirir
Liviya və İtaliya hərbi əməkdaşlığı genişləndirir
19:50
Səudiyyə Ərəbistanı Netanyahunun Suriyaya girişini pisləyib
Səudiyyə Ərəbistanı Netanyahunun Suriyaya girişini pisləyib
19:45
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
19:35
Qətər Körfəzdə vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb
Qətər Körfəzdə vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb
19:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.