8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər

Bu dəqiqələrdə Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilir.

19 İyun 2025 16:31
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər

Kahramanmaraş, AzerVoice

İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.

Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.

Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirildi.

Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan.

Sayın tədbir iştirakçıları, əziz kahramanmaraşlılar.

İlk növbədə sizə Azərbaycan xalqının ən səmimi salamlarını çatdırıram. 2023-cü il fevralın 6-dakı dəhşətli zəlzələ nəticəsində həlak olmuş, həyatını itirmiş bütün bacı-qardaşlarımıza Allahdan bir daha rəhmət diləyirəm.

Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır. Zəlzələdən dərhal sonra əziz qardaşımın, hörmətli Cümhurbaşqanının liderliyi ilə axtarış-xilasetmə işləri başlamış, ondan sonra yenidənqurma və inşaat işlərinə start verilmişdir. Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin edildi. Bu, bir daha Rəcəb Tayyib Ərdoğanın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən amildir. Eyni zamanda, bu, güclü Türkiyənin təzahürüdür. Çünki ancaq güclü dövlət qısa müddətdə bu qədər böyük yenidənqurma və inşaat işləri görə bilər.

Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərmiş və dərhal işə başlamışdır. Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılmış, bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərmişdir.

Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür.

Qarabağ məsələsində də qeyd etdiyiniz kimi, biz əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi dəstək, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. Biz tarixi ədaləti bərpa etdik və bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır.

“Azərbaycan” məhəlləsinin yaradılması da çox gözəl hadisədir, burada 90-dan çox bina inşa edilib, 1200 mənzildə bizim türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var, mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur. Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir.

Dörd il bundan öncə hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik. Türkiyə və Azərbaycan - iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir.

Bu gün ilk dəfə olaraq bu gözəl diyarı ziyarət edirəm. Mən Türkiyənin bir çox yerində olmuşam. Gözəl Türkiyənin gözəl təbiətini görmüşəm. Burada da, qədim türk torpağı Kahramanmaraşda olmağımdan da çox məmnunam. Kahramanmaraşlılar dəhşətli zəlzələ ilə üz-üzə qalaraq öz iradələrini göstərdilər, sınmadılar, əyilmədilər. Bilirdilər və inanırdılar ki, onların arxasında güclü lider Rəcəb Tayyib Ərdoğan dayanır. Onların arxasında güclü Türkiyə dayanır. Bu, təbii ki, bir daha kahramanmaraşlıların nə qədər öz doğma xalqına, liderinə, dövlətinə bağlı olmasını göstərir.

Zəlzələ bölgələrində yaşayan bütün insanlara Azərbaycan xalqının hörmətini, sevgisini ifadə edirəm. Siz bilirsiniz və bilməlisiniz ki, Azərbaycanda sizin 10 milyon bacı-qardaşlarınız var. Azərbaycanlılar da bilirlər ki, Türkiyədə 80 milyondan çox bacı-qardaşlarımız var.

Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!

x x x

Sonra Türkiyə Respublikasının Prezidenti çıxış etdi.

x x x

Daha sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsində inşa olunacaq mədəniyyət mərkəzinin onlayn formatda təməlini qoydular.

Zəlzələdən zərər görmüş bir sıra ailələrə yeni mənzillərin açarları təqdim olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsinin açılışını bildirən rəmzi lenti kəsdilər.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsini gəzdilər, burada inşa edilmiş mənzillərə baxdılar.

x x x

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində inşa edilmiş Heydər Əliyev adına ibtidai məktəbdə və uşaq bağçasında yaradılan şəraitlə tanış oldular.

X X X

Qeyd edək ki, 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu.

Fəlakətin ilk günlərindən qardaş ölkəyə kömək üçün Prezident İlham Əliyevin tapşırığı ilə bütün imkanlar səfərbər edildi. Axtarış-xilasetmə işlərində iştirak etməklə yanaşı, ölkəmizin həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının səyləri digər istiqamətlərə yönəldildi.

Dövlətimizin başçısının digər bir mühüm tapşırığına əsasən, Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi.

Tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. Ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılacaq.

2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olub.

“Azərbaycan” məhəlləsinin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.

Xəbər yenilənəcək

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edirlər
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.