6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Atəşkəsi qorumaq üçün çalışırıq - Ərdoğan

NATO sammitində sülh, müdafiə və terrorla mübarizə ön planda olacaq.

24 İyun 2025 15:13
Atəşkəsi qorumaq üçün çalışırıq - Ərdoğan

BAKI, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Zirvəsində iştirak etmək üçün Hollandiyaya yola düşməzdən əvvəl mühüm açıqlamalar verib.

AzerVoice xəbər verir ki, O, Avropa təhlükəsizliyindən Fələstin böhranına qədər bir çox məsələyə toxunub.

Ərdoğan bildirib ki, Türkiyə öz müdafiə qabiliyyətini artırmaqla yanaşı, müttəfiqlik ruhuna uyğun şəkildə ittifaqın güclənməsinə töhfə verməkdə qərarlıdır.
"Müttəfiqlər arasında müdafiə sənayesi sahəsində ticarətə tətbiq olunan blokadaların heç bir əsasının olmadığını düşünürük və bu məhdudiyyətlər aradan qaldırılmalıdır," – deyə Prezident vurğulayıb.

Ərdoğan NATO sammitində Türkiyənin ittifaq daxilində terrorla mübarizəyə verdiyi töhfələrin də ön plana çıxarılacağını qeyd edib. O, Ukrayna müharibəsinə toxunaraq bildirib ki, Türkiyə həm Rusiya, həm də Ukrayna tərəfindən etimad görən nadir ölkələrdən biridir
“Biz bu müharibənin bitməsi üçün diplomatik cəhdlərimizi davam etdirəcəyik. İstanbulda baş tutan danışıqlar sülhə gedən yolda atılmış mühüm addım idi.” - deyə o qeyd edib.

Prezident, eyni zamanda, Fələstin mövzusunda da qətiyyətli mövqe sərgiləyib.
"İşğalçılıq və dağıdıcı siyasət sona çatmalıdır. Biz bu məsələləri NATO platformasında da gündəmə gətirəcəyik." - deyə o bildirib.

İsrail və İran arasında son günlərdə yaşanan gərginliyə dair isə Ərdoğan qeyd edib ki, Türkiyə bu prosesdə atəşkəsə nail olmaq üçün müxtəlif beynəlxalq tərəfdaşlarla sıx təmasda olub. O, gecə saatlarında əldə edilən atəşkəs razılaşmasını müsbət qiymətləndirib.

Prezident sonda 2026-cı ildə NATO sammitinə Türkiyənin ev sahibliyi etmək niyyətində olduğunu bildirib və sammitdə faydalı qərarların veriləcəyinə ümid etdiyini söyləyib.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Fələstin #NATO #Hollandiya #təhlükəsizlik #Rusiya-Ukrayna münaqişəsi #İsrail-İran münaqişəsi #Türkiyənin vasitəçiliyi

Mövzu üzrə digər xəbərlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
Bəhreyn

ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb

5 Sentyabr 19:49

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.