7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Əfqanıstan zəif iqtisadiyyatına dəstək olaraq turizmə ümid bağlayır

Taliban hərəkatı üç ildən artıqdır ki, Əfqanıstanda hakimiyyətdədir, ölkədə bir sıra problemlər olsa da, Taliban rəhbərliyi turistləri məmnuniyyətlə qarşılayır.

30 İyun 2025 22:00
Əfqanıstan zəif iqtisadiyyatına dəstək olaraq turizmə ümid bağlayır

BAKI,AzerVoice Analitik təhlil Mərkəzi

Əfqanıstan artıq turistlərin maraq dairəsinə çevrilməyə başlayıb. İstər təyyarə, motosiklet, karvan avtomobili, istərsə də velosipedlə, tək səyahət edənlər və turist qrupları getdikcə daha çox bu yaxınlara qədər müharibə içində olan ölkəyə üz tutur.

Taliban hərəkatı üç ildən artıqdır ki, Əfqanıstanda hakimiyyətdədir, ölkədə bir sıra problemlər olsa da, Taliban rəhbərliyi turistləri məmnuniyyətlə qarşılayır.

Əfqanıstanın turizm nazirinin müavini Qüdrətullah Cəmal bildirib ki, “Əfqan xalqı mehriban və qonaqpərvərdir. Xarici ölkələrdən gələn turistləri qarşılamağa və onlarla ünsiyyətdə olmağa böyük maraq göstərirlər.”

Onun sözlərinə görə, “turizm ölkəyə bir çox faydalar gətirir. Biz bu faydaları araşdırmışıq və xalqımızın onlardan maksimum yararlanmasını istəyirik.”

Turizm Taliban dövründə iqtisadi ümidə çevrilir

Turizm, bir çox ölkə üçün milyardlarla dollar dəyərində həyati əhəmiyyət daşıyan bir sahədir. Lakin Əfqanıstanın uzun illərdir davam edən beynəlxalq təcridi – əsasən Talibanın qadınlara və qızlara tətbiq etdiyi məhdudiyyətlərlə əlaqəli – 41 milyon əhalinin əksəriyyətini yoxsulluğa sürükləyib.

Xarici investisiyaları cəlb etməkdə çətinlik çəkən Əfqanıstan hökuməti üçün turizmin potensial gəlirləri hələ də əhəmiyyətli bir ümid mənbəyi olaraq qalır.

Qüdrətullah Cəmal bildirib ki, : “Hazırda bu sahədən xeyli gəlir əldə edirik və gələcəkdə daha da artacağına ümid edirik.” Onun fikrincə, turistlərin xərclədiyi pullar digər sahələrlə müqayisədə daha geniş təbəqələrə çatır.

“Biz bu sektorun böyük iqtisadi sahəyə çevriləcəyinə inanırıq. Turizm milli iqtisadiyyatımızın güclənməsində əhəmiyyətli rol oynaya bilər.”-deyə o əlavə edib.

Əlçatan viza, artan maraq

Əfqanıstana turizm vizası almaq asandır və sürətli şəkildə verilə bilir. Dubay, İstanbul kimi əsas nəqliyyat mərkəzlərindən ölkəyə həftədə bir neçə dəfə aviareyslər təşkil olunur. Hətta hökumət turizm və qonaqpərvərlik sahəsində işləmək istəyən kişilər üçün təlim institutları da yaradıb.

Rəqəmlər hələ ki aşağı olsa da, artım dinamikası müşahidə olunur. Cəmalın verdiyi məlumata görə, 2023-cü ildə təxminən 9 min əcnəbi turist Əfqanıstana səfər edib. 2024-cü ilin ilk üç ayında isə bu rəqəm 3 minə yaxın olub.

Müharibə izi hələ silinməyib

Dörd onilliklik ardıcıl münaqişə bu dağlıq, qədim və tarixlə zəngin ölkəni demək olar ki, bütün turistlər üçün əlçatmaz etmişdi. 2021-ci ilin avqustunda Talibanın ABŞ tərəfindən dəstəklənən hökuməti devirməsi və hakimiyyəti ələ keçirməsi bütün dünyada səs-küyə səbəb olmuş, minlərlə əfqan ölkədən qaçmışdı.

Üsyanlar sona çatdıqdan sonra da, ölkədə tez-tez baş verən partlayışlar və intihar hücumları xeyli azalsa da, təhlükəsizliklə bağlı narahatlıqlar tam aradan qalxmayıb. 2024-cü ilin mayında “İŞİD”ə bağlı silahlı şəxslər Bəmyanda baş vermiş hücumda üçü ispan olmaqla altı nəfəri qətlə yetirib. Bəmyan Talibanın 2001-ci ildə məhv etdiyi qədim Budda heykəlləri ilə məşhurdur və ölkənin əsas turizm mərkəzlərindən sayılır.

Təhlükəsizlik və turizm arasında ziddiyyət

Hazırda Qərb ölkələri vətəndaşlarına Əfqanıstana səyahət etməməyi tövsiyə etsələr də, ABŞ hərbi kontingentinin çıxmasından sonra zorakılığın azalması inkaredilməzdir. Taliban hökuməti isə bu məqamı vurğulayaraq ölkəyə daha çox turist cəlb etməyə çalışır.

Qadın haqları məsələsi və əxlaqi dilemma

Əfqanıstan hökumətinin qadınlara qarşı sərt məhdudiyyətləri xarici turistlər arasında əxlaqi tərəddüdlər doğurur. Ölkədə qızlara ibtidai məktəbdən sonrakı təhsil qadağandır, qadınların işləyə biləcəyi sahələr məhduddur, parklar, idman zalları və gözəllik salonlarına giriş yasaqlanıb. İctimai yerlərdə qadınlardan üzlərini örtmək tələb olunur.

Bəzi xarici turistlər bu vəziyyətin yaratdığı əxlaqi narahatlıqları dilə gətirsə də, bəziləri ölkədəki real vəziyyəti şəxsən görmək istədiklərini bildiriblər. Fransız-perulu səyahətçi İlari Qomes bildirib ki, bəzi məsələlər əxlaqi baxımdan onu narahat etsə də, ölkəyə getmək qərarına gəlib. O və britaniyalı həyat yoldaşı Ceyms Lidiard Əfqanıstandan keçərək Britaniyadan Yaponiyaya səfər planlamışdılar.

Onlar bildirirlər ki, Əfqanıstanda dostcanlı, qonaqpərvər və mehriban insanlarla qarşılaşıblar və gözəl təbiət mənzərələri ilə rastlaşıblar. “Biz Talibanı dəstəkləmədik, əksinə, bu səfər pulların birbaşa xalqa çatmasını təmin edir,” – deyə Lidiard qeyd edib.

Əfqan qadınlarına tətbiq edilən sərt qadağalara baxmayaraq, əcnəbi qadın turistlərə daha yumşaq münasibət göstərilir. Onlar ictimai yerlərdə hicab geyinməli olsalar da, üz örtüyü nadir hallarda tələb olunur. Hətta bəzi qadağan olunmuş ərazilərə – məsələn, parklara – daxil olmaq imkanları da olur.

Turizm həm də “mədəniyyət körpüsüdür”

Cəmal qeyd edir ki, ölkənin xarici turistlərə açılması sadəcə iqtisadi deyil, həm də mədəni və siyasi baxımdan əhəmiyyətlidir: “Bu, müxtəlif xalqlar arasında qarşılıqlı əlaqəni gücləndirmək üçün gözəl bir vasitədir. Beynəlxalq münasibətlərin qurulmasına, ticarətə, mədəni mübadiləyə və insanların bir-birindən öyrənməsinə şərait yaradır.”

Onun fikrincə, əcnəbi turistlərin ölkəni şəxsən görməsi xalqlar arasında qarşılıqlı hörmət, etimad və anlayış yaradır: “Bu, sadəcə iqtisadi inkişaf deyil – eyni zamanda mənəvi və siyasi faydalar da gətirir.”

Məqalədə: #Əfqanıstan #Taliban #İqtisadiyyat #turizn #qadın hüquqları #Əfqanıstan müharibəsi #Əfqanıstan qızların təhsili #Əfqanıstan universitet qadağası #Taliban hökuməti və təhsil #Əfqanıstanda insan haqları #Taliban hökuməti #Turizm müsbət və mənfi təsirləri #2025 turizm statistikası #Birtərəfli viza rejimi #Əfqanıstan turizmi #turizm və iqtisadiyyat #Əfqanıstanda təhlükəsizlik

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək

5 Sentyabr 20:37
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18
İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib
İran

İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

2 Sentyabr 19:33
Azərbaycan Əfqanıstanı təbrik edib
Siyasət

Azərbaycan Əfqanıstanı təbrik edib

19 Avqust 10:35

Son Xəbərlər

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
12:06
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
11:59
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
11:49
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
11:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.