13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Qəzzada 60 Günlük Atəşkəs - HƏMAS və İsrail Razılığa Gəlirmi?

Qəzzada baş verən müharibənin 650-ci günündə “HƏMAS” və İsrail arasında 60 günlük atəşkəs razılaşmasına yaxınlaşma müşahidə olunur.

9 İyul 2025 15:00
Qəzzada 60 Günlük Atəşkəs - HƏMAS və İsrail Razılığa Gəlirmi?

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi – Qəzzada baş verən müharibənin 650-ci günündə “HƏMAS” və İsrail arasında 60 günlük atəşkəs razılaşmasına yaxınlaşma müşahidə olunur. Bu təşəbbüs, ABŞ Prezidenti Donald Trampın himayəsi ilə aparılan danışıqlara əsaslanır və may ayının sonunda ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff tərəfindən irəli sürülən təkliflər üzərində qurulub. Tərəflərin ilkin razılığı ilə təqdim olunan plan, müvəqqəti atəşkəs və əsir mübadiləsi ilə yanaşı daha geniş siyasi danışıqlara zəmin yaratmağı, nəticədə davamlı sülh və müharibənin dayandırılmasını hədəfləyir.

Atəşkəs planının əsas prinsipləri

Hazırkı razılaşma hələlik sabit və qəti sülh şərtləri üzərində razılaşma əldə edilmədiyi üçün müvəqqəti atəşkəs formatında hazırlanıb. Sənəd, hərbi əməliyyatsız bir müzakirə mərhələsini açır və əsir sayı azaldılmaqla, HƏMAS və digər müqavimət qruplarının əlindəki israilli girovların azad edilməsini nəzərdə tutur. Lakin İsrailin əsas şərti – HƏMAS-ın Qəzzadakı hakimiyyətdən çəkilməsi və bölgənin tam şəkildə silahsızlaşdırılmasıdır. Bu, HƏMAS tərəfindən “qırmızı xətt” hesab olunur. Qrup bəzi liderlərinin müvəqqəti olaraq Qəzzadan kənara çıxmasına razı olduğunu bildirsə də, silahların tam təhvil verilməsini qətiyyətlə rədd edir.

İsrailin hava zərbələri və mühasirə siyasəti

Razılaşma istiqamətində irəliləyiş olmasına baxmayaraq, İsrail son həftələrdə hücumlarını intensivləşdirib. HƏMAS-ın siyasi və hərbi liderlərinə qarşı həyata keçirilən hava və artilleriya zərbələri nəticəsində onlarla fələstinli mülki şəxs həlak olub. Həmçinin, BMT-nin humanitar yardım mexanizmləri dayandırılıb, bunun əvəzinə ABŞ tərəfindən qurulan yardım paylama məntəqələri vasitəsilə yardım göstərilir. Lakin bu məntəqələrə axın edən insanlar İsrail ordusunun gülləsinə tuş gəlib, 650-dən çox fələstinli yardım növbəsində həlak olub.

“Yasir Əbu Şəbab Qrupu” və daxildə yeni təhlükələr

Qəzzanın cənubundakı Rəfah bölgəsində İsrailin nəzarəti altında olan ərazidə HƏMAS-a qarşı çıxan "Yasir Əbu Şəbab" silahlı qrupu meydana çıxıb. İsrail mənbələri bu qrupun Tel-Əviv və bəzi fələstinli tərəflər tərəfindən dəstəkləndiyini iddia etsə də, qrup lideri bunu “Wall Street Journal”a müsahibəsində təkzib edib.

“Səhm üs-Saqib” – daxili nizamı bərpa etməyə çalışan yeni silahlı qüvvə

İsrailin hücumları və idarə boşluğu nəticəsində HƏMAS daxildə təhlükəsizlik strukturunu yenidən təşkil etməyə başlayıb. Bu çərçivədə iki yeni qubernator təyin olunub, bir sıra təhlükəsizlik rəhbərləri dəyişdirilib. Eyni zamanda, "Səhm üs-Saqib" (Dəlici Ox) adlı yeni silahlı dəstə meydana çıxıb. Qəzzanın üç strateji bölgəsində – Xanı Yunusun cənubunda, Deyr əl-Bəlah və Nüsəyrat düşərgəsi ətrafında, həmçinin Qəzzanın şimalında fəaliyyət göstərən bu qrup yardım karvanlarını soymağa çalışan silahlı dəstələrə qarşı mübarizə aparır.

“Səhm üs-Saqib” qrupu 2006-cı ildə yaradılmış və 2018-ci ildə yenidən təşkil olunmuş Fələstin Müqavimət Fəaliyyətlərinin Birgə Əməliyyat Otağının tərkib hissəsidir. Onlar HƏMAS-ın hərbi qanadı "Əl-Qəssam briqadaları"nın tabeliyində olan yeni nizam-intizam gücünü təmsil edir.

Son günlərdə yayılan videolarda bu qrup yardım maşınlarını soymağa cəhd edən şəxslərə qarşı sərt tədbirlər görür: döyülmə, əmlak dağıdılması, hətta bəzi hallarda edamlar. Bu isə bölgədəki bəzi nufuzlu ailələrin narazılığına və qisas çağırışlarına səbəb olub.

Eyni zamanda, İsrail ordusu bu qrupun üzvlərinə qarşı da hücumlar həyata keçirib. Yardım maşınlarını qorumağa çalışan və ya dəstə halında mühafizə edən üzvlər hədəfə alınıb. Bunun fonunda “Səhm üs-Saqib” yerli tacirləri də məhdud resurslu məhsulları süni şəkildə artırılmış qiymətlərlə satmaqda ittiham edərək mağazaların bağlanmasına səbəb olub.

60 günlük mümkün atəşkəs müddətində HƏMAS həm təhlükəsizliyi təmin etmək, həm də siyasi mövqeyini gücləndirmək üçün addımlar atmağa hazırlaşır. Bu çərçivədə təşkilat İsrail ordusunun mart ayı xəttlərinə qədər geri çəkilməsini, yəni sərhəddən 700-1000 metr aralıya çəkilməsini tələb edir. Bu, HƏMASın bölgədə təhlükəsizlik və idarəetmə strukturunu bərpa etməsi üçün həyati əhəmiyyət daşıyır.

HƏMAS hazırda əsir götürülmüş israilli girovları “kozır kartı” kimi istifadə edir. Lakin razılaşdırılmış mübadilə baş verərsə və bu kart əlindən çıxarsa, İsrailin 60 günün sonunda müharibəyə qayıtmayacağına dair heç bir zəmanət qalmayacaq. Eyni zamanda, ABŞ və İsrailin təməl şərti – HƏMASın hakimiyyətdən tam çəkilməsi və bütün silahları təhvil verməsi məsələsində güzəştə getməməsi, hər şeyi yenidən sıfır nöqtəsinə qaytara bilər.

Qəzzadakı son durum, hərbi əməliyyatların qısamüddətli dayandırılmasından daha çox, siyasi və ideoloji gələcəklə bağlı güc mübarizəsi olduğunu göstərir. HƏMAS bir tərəfdən hərbi və idarəetmə varlığını qorumağa, digər tərəfdən xalqın inamını saxlamağa çalışır. İsrail isə danışıqları müvəqqəti vasitə kimi istifadə edərək maksimum güzəşt qoparmağı, eyni zamanda HƏMASı silahsız və təsirsiz bir struktur halına salmağı hədəfləyir.

Məqalədə: #Məscidül-Əqsa #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Ərəb dövlətləri və Qəzza #Əl-Əqsa məscidi #İsrail-HƏMAS atəşkəsi #Qəzzada humanitar böhran #HƏMAS girovları #Donald Tramp və Qəzza planı #Qəzza sakinlərinin köçü #İran və HƏMAS əlaqələri #HƏMAS və İslami Cihad #Qəzza və Livanda AI texnologiyaları #HƏMAS-ın mövqeyi #HƏMAS və Qərb Sahilində təsir #HƏMAS-ın Qərb Sahilində yüksəlişi #BMT-nin Qəzza hesabatı #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Körfəz ölkələrinin Qəzzaya dəstəyi #Misir və Səudiyyə Qəzza planı #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #Hizbullah və Qəzza həmrəyliyi #Qəzza böhranı və Qərbin mövqeyi #HƏMAS-ın bəyanatı #7 Oktyabr HƏMAS hücumu #HƏMAS-ın qəfil hücumu #İsrailin HƏMAS-a qarşı siyasəti #HƏMAS və İsrail #Məscidül-Əqsaya basqın #Əqsa Tufanı əməliyyatı #Yasir Əbu Şəbab #Səhm üs-Saqib

Mövzu üzrə digər xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Tarixdə bu gün

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət

03:00
Quranda 800-dən çox ayə nəyi əmr edir?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Quranda 800-dən çox ayə nəyi əmr edir?

12 Sentyabr 16:44
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12 Sentyabr 12:53

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.