15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İsrailin Suriyaya hücumları narahatlıq doğurur - Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə telefon danışığı zamanı Suriyanın daxili işlərinə xarici müdaxilələrin tezliklə dayandırılmasının və Suriyada sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb.

16 İyul 2025 19:31
İsrailin Suriyaya hücumları narahatlıq doğurur - Hakan Fidan

BAKI, AzerVoice

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə telefon danışığı zamanı Suriyanın daxili işlərinə xarici müdaxilələrin tezliklə dayandırılmasının və Suriyada sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Fidan qeyd edib ki, İsrailin Suriyanın cənubuna və Dəməşqə hücumları narahatlıq doğurur. O, Suriyadakı sabitliyi təmin etməyə yönəlmiş səyləri və regional təhlükəsizliyi təhdid edən müdaxilələrin ən qısa zamanda dayandırılmasının vacibliyini vurğulayıb və bu məsələdə maraqlı tərəfləri Suriyada sülhün təmin olunması üçün birgə səylər göstərməyə çağırıb.

Türkiyə Xarici İşlər Nazirliyi daha əvvəl yaydığı rəsmi bəyanatda İsrailin Dəməşqə hücumlarını Suriyada yeni hakimiyyətə qarşı sabotaj aktı kimi qiymətləndirmişdi.

Xatırladaq ki, İsrail ordusu Dəməşqdə Suriya Baş Qərargah binasına zərbə endirdiyini açıqlamışdı. Bundan əvvəl isə İsrailin müdafiə naziri İsrael Kats xəbərdarlıq etmişdi ki, əgər Suriya hakimiyyəti cənubdakı Əs-Süveyda şəhərindən qoşunlarını geri çəkməsə, İsrail bu ölkəyə qarşı hücumlarını davam etdirəcək.

Qeyd edək ki, İsrail hökuməti ötən ilin sonlarında Dəməşqdə hakimiyyətin dəyişməsindən sonra dəfələrlə Suriyada yaşayan druzların müdafiəsini dəstəklədiyini ifadə edib və lazım gəldikdə onlara özünümüdafiə məqsədilə yardım göstərməyə hazır olduğunu bəyan edib.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Məqalədə: #Türkiyə #İsrail #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #Suriya #Dəməşq #hava hücumu #İsrail ordusu #Druz #Əsəd Həsən Şeybani #Telefon danışığı #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #druzlar #İsrailin hava zərbələri #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #İsrailin Suriya daxilində druz və kürdlərlə əlaqələri #hava zərbələri #Druzların qorunması bəhanəsi #İsrail hava zərbələri Suriya #Suriya ordusu və druz icması #İsrail druz siyasəti #Druzların İsrailə münasibəti #Suriyada druz liderləri

Mövzu üzrə digər xəbərlər

Türkiyənin yeni hava qalxanı sınaqdan keçdi: "Pars Scout 8x8" üzərində "Burç" sistemi
Türkiyə

Türkiyənin yeni hava qalxanı sınaqdan keçdi: "Pars Scout 8x8" üzərində "Burç" sistemi

10:50
Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür
Siyasət

Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür

09:02
Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

14 Sentyabr 09:00
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

14 Sentyabr 07:26

Son Xəbərlər

Livanlı məhbuslar amnistiya qərarına etiraz edir
Livanlı məhbuslar amnistiya qərarına etiraz edir
12:31
Səudiyyə Ərəbistanı süni intellekt üçün mədəni etik qaydalar müəyyənləşdirib
Səudiyyə Ərəbistanı süni intellekt üçün mədəni etik qaydalar müəyyənləşdirib
12:14
Xariciliyin dövrümüzə çatan mötədil qolu - İbadilik nədir?
Xariciliyin dövrümüzə çatan mötədil qolu - İbadilik nədir?
12:00
Səudiyyə Ərəbistanı və Cibuti diplomatik pasportlar üçün vizanı ləğv edib
Səudiyyə Ərəbistanı və Cibuti diplomatik pasportlar üçün vizanı ləğv edib
11:39
"Mötədil" sözü artıq bəs etmir - ABŞ İslamçı qruplardan nələri tələb edir?
"Mötədil" sözü artıq bəs etmir - ABŞ İslamçı qruplardan nələri tələb edir?
11:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.