7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin Yerevanda ikitərəfli dəyirmi masası baş tutub

21–22 oktyabr tarixlərində Azərbaycan və Ermənistan ekspert cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə Yerevanda ikitərəfli dəyirmi masa keçirilib. Dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.

22 Oktyabr 2025 19:22
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin Yerevanda ikitərəfli dəyirmi masası baş tutub

BAKI,AzerVoice, Orxan Qədirzadə

21–22 oktyabr tarixlərində Azərbaycan və Ermənistan ekspert cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə Yerevanda ikitərəfli dəyirmi masa keçirilib.

AzerVoice xəbər verir ki, dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.

Bu formatda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü olan təşəbbüs 8 avqust 2025-ci il tarixində Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannaməsinin ruhuna uyğun olaraq sülh gündəliyinin təşviq edilməsinə yönəldilib.

Görüş zamanı iştirakçılar iki ölkə cəmiyyətini narahat edən çoxsaylı mövzuları, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesi perspektivləri, humanitar məsələlər, münasibətlərin normallaşması şəraitində iqtisadi və logistika imkanları, habelə etimadın möhkəmləndirilməsi üzrə növbəti addımları müzakirə ediblər. Qrupun birgə fəaliyyət planlarının hazırlanmasına və perspektivlərinə xüsusi diqqət yetirilib.

Səfər çərçivəsində iştirakçılar həmçinin Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşüblər.

İştirakçılar sosial qrupların, vətəndaş cəmiyyəti institutlarının, ekspert çevrələrinin və medianın da prosesə cəlb olunmasının vacibliyini vurğulayıblar.

Görüşün sonunda qrup qarşılıqlı etimadın möhkəmləndirilməsi və regionda dayanıqlı sülhün əldə olunmasına yönəlmiş birgə təşəbbüsləri davam etdirməyə hazır olduğunu təsdiq edib.

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin Yerevanda ikitərəfli dəyirmi masası baş tutub Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin Yerevanda ikitərəfli dəyirmi masası baş tutub Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin Yerevanda ikitərəfli dəyirmi masası baş tutub Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin Yerevanda ikitərəfli dəyirmi masası baş tutub
Məqalədə: #Azərbaycan Ermənistan danışıqları #Yerevan #Fərhad Məmmədov #Rusif Hüseynov #Ramil İskəndərli #Kəmalə Məmmədova #Dilarə Əfəndiyeva #Areq Koçinyan #Boris Navasardyan #Naira Sultanyan #Narek Minasyan #Samvel Meliksetyan #vətəndaş cəmiyyətləri #Ermənistan Respublikasının Təhlükəsizlik Şurası #Armen Qriqoryan

Mövzu üzrə digər xəbərlər

Hikmət Hacıyev ilə Armen Qriqoryan arasında işgüzar görüş keçirilib
Siyasət

Hikmət Hacıyev ilə Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

14 İyun 17:30
Azərbaycan və Ermənistan delimitasiya üzrə layihələri razılaşdırıb və mübadilə ediblər
Siyasət

Azərbaycan və Ermənistan delimitasiya üzrə layihələri razılaşdırıb və mübadilə ediblər

29 Aprel 18:24
İşğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə qarşı sistemli dağıntılar həyata keçirilib - Sevil Mikayılova
Siyasət

İşğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə qarşı sistemli dağıntılar həyata keçirilib - Sevil Mikayılova

23 Aprel 17:03
Sahibə Qafarova Latviya Prezidenti ilə görüşüb
Siyasət

Sahibə Qafarova Latviya Prezidenti ilə görüşüb

22 Aprel 19:01

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.