6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Ərdoğan Ukrayna üzrə Liderlər Zirvəsində iştirak edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə bağlı “Könüllülər Koalisyonu Liderlər Zirvəsi”nin onlayn formatda keçirilən iclasında iştirak edib. İclasda Ukrayna–Rusiya müharibəsində son vəziyyət, atəşkəs təşəbbüsləri və diplomatik səylər müzakirə olunub.

26 Noyabr 2025 02:00
Ərdoğan Ukrayna üzrə Liderlər Zirvəsində iştirak edib

BAKI, AzerVoice,Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə bağlı “Könüllülər Koalisyonu Liderlər Zirvəsi”nin onlayn formatda keçirilən iclasında iştirak edib. İclasda Ukrayna–Rusiya müharibəsində son vəziyyət, atəşkəs təşəbbüsləri və diplomatik səylər müzakirə olunub.

AzerVoice xəbər verir ki, bu barədə məlumatı Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duran sosial şəbəkə hesabında yayıb.

Burhanəddin Duran bildirib ki, Prezident Ərdoğan toplantıda münaqişənin tezliklə ədalətli və davamlı sülhlə nəticələnməsi üçün Türkiyənin diplomatik vasitəçilik səylərini davam etdirdiyini vurğulayıb.

Ərdoğan qeyd edib ki, Ukrayna və Rusiya arasında birbaşa danışıqlar yenidən İstanbulda təşkil oluna bilər və Ankara bu istiqamətdə hər iki tərəflə təmasları davam etdirir.

Toplantıda Türkiyə tərəfindən əlavə olaraq bildirilib ki, enerji və liman infrastrukturlarını əhatə edən genişmiqyaslı atəşkəs mexanizmi, gələcək sülh müqaviləsi üçün əlverişli zəmin yarada bilər.

İclasda 35 ölkənin nümayəndələri iştirak edib və tərəflər arasında daimi sülhün təmin olunması üçün mümkün addımlar müzakirə olunub.

Toplantıda Prezident Ərdoğana Vitse-prezident Cevdət Yılmaz, Xarici İşlər naziri Hakan Fidan, Kommunikasiya rəhbəri Burhanəddin Duran, Prezidentin təhlükəsizlik və xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıç, Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini Çağrı Erhan, AKP sözçüsü Ömər Çelik müşayiət edib.

Məqalədə: #Türkiyə Ukrayna danışıqları #İstanbulda sülh danışıqları #Ərdoğan Ukrayna Zirvəsi #Rusiya-Ukrayna münaqişəsi diplomatiya #Atəşkəs təşəbbüsləri #Könüllülər Koalisyonu toplantısı #Enerji infrastrukturu atəşkəs planı #Türkiyə vasitəçilik rolu #İstanbul sülh prosesi #Ukrayna-Rusiya barışıq danışıqları #Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçilik səyləri #İstanbulda keçirilə biləcək sülh danışıqlarının detalları #Ərdoğanın Ukrayna müharibəsi ilə bağlı son diplomatik mesajı #Enerji və liman infrastrukturunu əhatə edən atəşkəs modeli #35 ölkənin qatıldığı Ukrayna liderlər zirvəsinin nəticələri #Türkiyənin regional sülh təşəbbüslərinin təsiri və perspektivləri

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

20:41
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt

Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib

19:02
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

15:34
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misir

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb

13:56

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.